MULTIMASKA: O NƏDİR VƏ NƏYƏ GÖRƏ İSTİFADƏ EDİLİR

Multimaska ideyasını hətta konturlaşma ilə müqayisə edirlər, çünki o mövsümün aktual trendlərindən sayılır. O nədir və necə işləyir (ən əsası budur!) və multimaskaları ev şəraitində necə etmək olar? Sırayla danışacayıq.

MULTİMASKA NƏDİR?

Dəri problemləri demək olar ki, hamıda var. Bu qara nöqtələr, dolmuş məsamələr, bir tərəfdən isə quru və qabıq verən dəri ola bilər. Bu problemləri bir məhsulla aradan qaldırmaq demək olar ki, mümkün deyil. Lakin müxtəlif nahiyyələrdə ayrı maskalardan istifadə problemi həll edə bilər. Bu da multimaska adlanır. 

BU NƏYƏ GÖRƏ LAZIMDIR?
İlk öncə dəri problemini araşdır və onları aradan qaldıracaq vasitələr seç.

YAĞLI DƏRİ ÜÇÜN
Bildiyimiz kimi ən problemli nahiyyə – T-zonasıdır: Orada daha çox artıq parıltı, dolmuş məsafələr və qara nöqtələr kimi problemlər özünü bizuzə verir. Demək sənə, sebumu sovuran, məsamələri çşirkdən azad edən gil maskası lazımdır. Salisil turşusulu maska isə iltihab əleyhinə vasitə kimi sızanaqların və qızartının əmələ gəlməsinin qarşısını alacaq. Uyğun olan effekti seç!

QURU DƏRİ ÜÇÜN
Üzdə quru dəri istənilən nahiyyədə yarana bilər, lakin ən çox b u yanaqlara aid olur. Dərini sakitləşdirmək və vitaminlərlə təmin etmək üçün yüksək vitamin tərkibli maskalarda və ya dərinin daxilinə nüfuz edərək onun maye balansını normada saxlayacaq hialuron turşusu məhsullarından istifadə et. Əgər yüngül teksturlu vasitələrə üstünlük verirsənsə tərkibində yağ olmayan, yalnız dərini nəmləndirən gel maskalardan istifadə et. 

HƏMÇİNİN YAŞƏLEYHİNƏ VASİTƏ KİMİ
Parça maskalar ilk dəfə Koreyada yaranaraq bütün dünyaya yayılmışdır. Bu maklar dərinə yaş əleyhinə vasitə kimi təsir edə bilərlər. Bu maskalar bütün üzü əhatə etmək üçün nəzərdə tutulub, yalnız istədiyin halda onlardan müəyyən problemli nahiyyələrdə istifadə edə bilərsən. Dəri tonunu ağardan, nəmləndirən, yumşaldan və mimik qırışları daha az nəzərə çarpan edən maskalardan istifadə et. 


Mətn: Şəkil: Anna Mårtensson