2019-cu ildə sağlamlığın möhkəmləndirilməsinin 3 yolu

Trendlərin sayına görə SHT dəb sənayesi ilə rəqabət aparır: biz üç ən qeyri-adilərini seçdik və hesab edirik ki, onların gələcəkləri var. Yoxlayacaqsan?

Sağlamlığa kompleks yanaşma
Alma dilimi və kələm yarpağı pəhrizi barəsində, məzuniyyət öncəsi gündə iki dəfə  idman zalına getmək barəsində və reklamlardakı dəbli vitaminlər barəsində unut. 2019-cu ildə dünyanı balans idarə edir. Hər gün təqib edə biləcəyin həmçinin zövq ala biləcəyin təlim  rejimi və sadə sağlam qida  qaydaları tap ! Mikroelementlərin çatışmazlığını yalnız mütəxəssislər tərəfindən tövsiyə olunan sınanmış komplekslərin köməyi ilə tamamla. 

Mikrobiom qayğısı
Mikrobiom – bədən dərisində yaşayan mikroorrqanizmlər toplusudur. Onun aktiv araşdırılması  faydalı bakteriyaları dəstəkləyən komponentlərin əsil partlayışına səbəb oldu: fermentləşdirilmiş məhsullar dəbə daxil oldu, byuti-nəhəngləri isə prebiotik və probiotik tərkibli dəri qulluğu vasitələri buraxmağa başladılar. Öz həzm sisteminin qayğısı ilə  başla – bu bütün bədənin sağlamlığının yeni açarıdır.

Yeni superfud kimi həşəratlar
Dünyanın bir çox yerində milyonlarla insan, xüsusi ilə də Asiya və Afrikada hər gün həşəratlar yeyirlər – bu Avropa əhalisi üçün hələ ki, bir ekzotikadır. Bununla yanaşı, hesab edilir ki, onlar təxminən yüz ildən sonra planetin əhalisinin artan qida təlabatını ödəyəcək- qida maddələrinin tərkibinə görə balıq və ət məhsulları ilə müqayisədə onların yetişdirilməsi çox az resurs tələb edir. Misal üçün, cırcırama çoxlu kalsiumla, çəyirtkə isə zülallarla zəngindir – onlardan alışdığımız yeməklər hazırlamaq olar

Mətn: