1. LAZIM OLAN HƏR ŞEY ÇANTADA
Çantalardan başlayaq - üçü kifayətdir. Qalay rəngli böyük şopperə sənədlər, qovluqlar və noutbuk yerləşəcək - onu adi çanta, torba və ya rükzak kimi geyinə və beləliklə tərzi işgüzardan idmana dəyişə bilərsən.
Özünlə ancaq kirşanı və telefonu götürürsən? Zənciri klatç kosmetik çantasına bərkid - o bütün geyimlərə yaraşacaq. Bir az rəng qatmaq istəyirsən? Xardal rəngli çantanı nəzərdən keçir - onun kəmərini əhvalına uyğun dəyişə bilərsən.
2. HƏNDƏSƏ DƏRSİ
Ofisə, görüşə, teatra, işlə bağlı - artıq zinət əşyalarını rahatlıqla seçə və geyiminə uyğunlaşdıra bilərsən. Biz universal komplekt yığdıq - hamısını birdən və ya ayrıca taxa bilərsən. Geyimin kəsiyindən asılı olaraq boyunbağını bir və ya iki dönmə ilə taxa bilərsən, sırğaları kulon və ya kulonsuz, kaff qolbağı isə öz qeyri-adi forması ilə diqqət cəlb edəcək.
3. HƏM DƏRİ, HƏM MİRVARİAmiranə və ya romantik? İki payız trendlərindən birini seç və ya hamısını birdən tax! Qırmızı-qara kəməri və zinət əşyalarını boyunbağlarla taxa bilərsən, metal toqqalı şərfi isə çoker kimi geyinə bilərsən. Həqiqi “Sən“ necəsən? Qoy bu sirr olaraq qalsın!