1. RAHATLIQDAN ZÖVG AL
Evdən başla. Mənzilə bayram əhvalı gətirmək üçün onu yeni il kinolarında gördüyümüz qonaq otaqları tək bəzəmək mutləq deyil. Özünü xoş xırdalıqlarla əhatə et: pəncərəyə girlyanda as, şam ağacının budaqlarından ibarət kompozisiyanı masanın üzərinə qoy, qırmızı rəngdə süfrə sər. Tez, sadə və ucuz.
2. ÖZÜN ÜÇÜN GEYİN
«Ev üçün münasibdi» dediyin köhnə geyimləri unut. Gərgin gündən sonra sənə rahatlaşmağa kömək edə biləcək gözəl geyimlər ilə özünü əzizlə. Biz böyük və yumşaq parlaq-çəhrayı rəngdə xələtı seçirik. Bəs ayağımıza nə geyinək? Şap-şupları parlaq payetkalarlı ev uqqilərə dəyiş – onlar pijama partilərinin ulduzu üçün masthəvdi.
3. VANNA QƏBUL ET
Paltar yuma, ev təmizliyi, noutbukda poçta gələn məktublar -bu işlər heç bir zaman bitməyəcək. Axşamlar tez-tez fasilə et — tələsik duş qəbul etməkdənsə, ətirli köpüklə vannanı seç. Sevimli isti içkini hazırla, şamları yandır, mahnıya qulaq as və ya seriala bax. Ətirli isindirən köpüyü seç — misal üçün, darçınlı və vanilli. Dərinin yumşaq və məxməri olması üçün onu nəmləndirməyi unutma.
4. TƏMTƏRAQLA GEYİN
Parlaq aksessuarlar vasitəsilə gündəlik geyimlərin bir-birinə uyğunlaşması mövsümün əsl trendinə çevrilib. Hal-hazırda iş görüşləri üçün geyiminizə və ya cinslərə iri sırğalar və kristallar ilə üzük əlavə et. Daha çox ideya istəyirsən? Bizim qış lukbukumuza bax.
5. EVDƏN ÇIXMADAN HƏDİYYƏLƏR SEÇ
Dükanda növbələr, boş rəflər, vaxt itkisi — bayram təlaşına görə hədiyyə seçimi də əziyyətə çevrilir. Çıxış yolu var: isveçsayağı hədiyyələr bağışla! Bu, əlində bir stəkan kakao ilə evdə rahat çarpayıda uzanmağa bənzərdi. Bizim hədiyyələr üzrə qış bələdçimizi yoxla: asan bir test keçib qohumlar və dostlarına hədiyyə tapacaqsan.