1. KOMPROMİSLƏRİ UNUT
Sifariş verdin, lakin çalar istədiyin kimi olmadı, hədiyyə verdilər, amma yenə də rəngi bəyənmədin, tekstura və finişi bəyəndin, amma məhsul seriyasında müvafiq ton yoxdur - beləcə evin istifadə olunmayan tonal kremlərlə dolur.
Yeni piqment-korrektor çalar seçimi ilə bağlı bütün problemləri həll etməyə kömək edir, eyni zamanda o örtülməni çətinləşdirmir və teksturanı dəyişmir. İşləmə prinsipi çox sadədir: istədiyin tonu alanadək onu bəyəndiyin tonal kremə damcı-damcı əlavə et. Ağ dərili xanımlar açıq rəngli korrektoru bəyənəcəklər. Qarabuğdayı xanımlar üçün tünd rəngli korrektor maraqlı gələcək. O, boztəhər yarımtondan vaz keçməyə kömək edəcək.
2. PULUNA QƏNAƏT ET
Əgər tez qaralırsansa, mövsümdən asılı olaraq dərinin çaları bir neçə ton dəyişə bilər. Artıq ayrıca olaraq xüsusi tonal kremi almağa ehtiyac yoxdur - birini saxla və korrektorun köməkliyi ilə çaların dolğunluğunu dəyiş.
3. İNSTAGRAM ULDUZU OL
Çoxdandı kremi konturinq etmək istəyirsən, amma Rihanna əvəzinə xoşagəlməz görünüşdə olmaqdan qorxursan? Krem bronzer və haylayter əvəzinə piqment-korrektorları istifadə edə bilərsən. Onlar tonal baza ilə ideal şəkildə qarışdırılmaq üçün hazırlanmışdı. Tünd çalarla almacıq sümüklərini, alının və burunun yan hissələrini vurğula. Açıq çalarla burnun üstünü, yuxarı dodağın üst hissəsini, almacıq sümüklərinin çıxıntı yerlərini və qaşaltı dərini vurğula