Təbiətə sevgi ilə: 5 yaşıl byuti-trendlər

Qlobal byuti-sənayesinin nəhəngləri planeti necə qoruyacaqları barəsində daha çox düşünməyə başlamışlar və biz də istisna deyilik. Beş ekoloji trendlər barədə daha çox öyrən və onları Oriflame ilə izlə.

BİOPARÇALANAN FORMULLAR
Ekoloji qablaşdırma trendi məntiqi inkişaf əldə etmişdir – istehsalçılar daha çox flakonlara deyil tərkibindəkinə diqqət yetirməyə başlamışlar. Nümunə üçün, yuyulan vasitələr olan Love NatureDiscover bioparçalanan formula malikdir – bu o deməkdir ki, onlar təbii şəkildə yoxa çıxırlar və su mühitinə zərər vermirlər.  

YENİDƏN İŞLƏNİLMİŞ MATERİALLAR
Dünyanın hər yerindən  olan alıcılar plastikaya olan tələbatı azaldırlar və şirkətlər də bu tələblərə cavab verirlər.  2018-ci ildə biz Oriflame-də 100 ton yenidən işlənilmiş plastika istifadə etmişik və daimi olaraq onun payını artırmağa çalışırıq.

ÇOXİSTİFADƏLİ QABLAŞDIRMA
Sevimli vasitənin hər dəfəsində eyni qablaşdırmasını almaq əvəzinə onun qabını saxlamaq və bir neçə dəfə doldurmaq olar.  Markalar daha çox ehtiyatlar buraxır: şampunlar, duş gelləri, dodaq boyaları və hətta ətirlər. Maqnitli  The ONE Make-up Pro ehtiyat-paletlərlə başla: dəstini bir vizajist kimi özün topla və çalarları dəyiş.

MOBİL PROQRAMLAR
Smartfon üçün olan faydalı proqramlar kağıza olan təlabatı azaldır – misal üçün, biz Oriflame Conferences proqramı ilə kitabçalardan və dünya üzrə keçirilən Oriflame konfranslarında çap materiallarından imtina etmişik.

YAŞIL STANDART
Elektrik enerjisinə olan tələbatın azaldılması 2019-cu il istehsalının vacib trendlərindən biridir. Şirkətlər ciddi standartlara cavab verən zavodlar yaradırlar və hətta alternativ enerji mənbələrindən istifadə edirlər – məsələn, günəş batareyaları və ya külək gücündən. Noqinsk rayonunda olan Oriflame-in istehsalat və logistik kompleksi LEED sistemi üzrə sertifikatlaşdırmadan keçmişdir – bu standart, binanın energetik və ekoloji effektivliyinin qiymətləndirilməsidir.

Mətn: Şəkil: Oriflame