1. Firuzə
Bitki printləri və firuzə kölgələri trenddədir: yarpaqların işığında payız səmasına bənzəyir, elə deyilmi? Printli şərfi bir rəngli autfitlərlə uyğunlaşdır. İki qayış variantlı çanta həm gündəlik, həm də axşam çıxışı üçün uyğun gəlir - əsl hit!
2. Payız mənzərəsinin çalarları
Bej, isti boz, mirvarili, qəhvəyi - ətrafdakı təbiət artıq çoxdan ən rahat çalarları geyinib. Arxada qalma! Vaxt gözləmir: yeni saatının siferblatı ilə yoxla. Universal poncho hər kəsə lazımdır, çıxarıla bilən pul qabısı olan çanta isə səni izdihamdan seçəcək. Akvarel printli parlaq şərfi müxtəlif bağlamaq olar: görünüşləri lap hər gün dəyişdir!
3. Təbii daşlar
Emal olunmamış daşlı zinyət əşyaları öz mövqeyini itirmir. Təbiətin özü tərəfindən yaradılan təbii kristallar - payız üçün daha yaxşı nə ola bilər! Ametistli dəstə diqqət yetirməyi məsləhət görürük: digər payız aksesuarları ilə əla uyğunlaşır.
4. Yüngül formalar
Çox dəbli forma və kreativ səni öz parlaqlığı ilə qorxudursa, minimalistik vurğular əlavə et. Fırçalı qara çanta istənilən paltara uyğun olacaq, rahat bir pulqabı-klatç ilan dərisinə bənzər materialı sayəsində xüsusi görünüş verəcək. Lakonik halqa sırğaları üç fərqli tərzdə taxıla bilər. Axşam görünüşünü yaratmaq üçün onları özünlə götür.
5. Əridilmiş qızıl
Vəhşi təbiətə daha bir dəbli istinad: bu payızda metalı ərimiş halda geyinirlər! Sadəcə sırğalara və boyunbağına bax: onlar sanki xəyali bir mənzərədə donmuşdular və bu yumşaq xətləri qoruyublar. Yumşaq çanta-tout üzərində metal bəzək bütün dəsti bir-birinə bağlayacaqdır.