Roman Belosnejnıydan kişilər üçün üç klassik görünüş

Eclat xəttində Fransız eleqantlığın əsl təcəssümü olan Eclat Style - kişilər üçün premial ətir çıxdı. Oriflame-in rəsmi stilisti həyatın bütün halları üçün klassik üslubda görünüşlərin necə yaradılması və onu düzgün detallarla – o cümlədən ətirlə necə tamamlanması haqqında danışır.

  

Klassik üslub inamlı və respektabelli görünmək istəyən, dərhal inam yaratmaq və düzgün təəssürat qoymaq istəyən güclü kişilər üçün uyğundur. İş dünyasında bu bir nömrəli üslubdur və hətta əgər adi həyatda o sizə yaxın deyilsə, xüsusi hallar üçün bir neçə görünüş həmişə hazır olmalıdır.

"Klassika" eşidirik ciddi fasonları, son düyməyə qədər bağlanan köynəyi və dəyişilməz qalstuku təsəvvür edirik. Həm hə, həm yox! Başlanğıcda bu üslub həqiqətən daha ciddi idi, ancaq zamanla vərdiş etdiyimiz anlayışdan uzaqlaşdı - klassik kostyumlar üçün orijinal parçalardan istifadə etməyə, tufliləri kedlərlə əvəz etməyə və son görünüşü dəbli aksesuarlarla yumşaltmağa başladılar.

Yaxşı biçilmiş kostyum və köynək - klassik üslubun əsasıdır. Adətən şalvar və gödəkçə eyni parçadan tikilir – bir qayda olaraq, yundan - və dəyişilz ümumi qəbul edilmiş biçim elementləri ehtiva edir: məsələn, yaxalıq, sinə cibi və alt cibləri. Dizayna görə onlar dəyişə dəb tendensiyalarına uyğunlaşa bilərlər. Beləliklə, məsələn, bir vaxtlar podiumlarda bir tərəfli, bel nahiyədə çox sıx oturan sport siluetli, dar yaxalıqlı və yarpaq cibli kostyumlar popyular idi, sonra isə onlar öz yerini enli yaxalıqlı və böyük klapan cibli daha boş iki tərəfli variantlara verdilər.

İş kostyumları üçün köynəklər bir rəngdə, adətən ağ və göy çalarlarda seçilir. Klassik naxışlara icazə verilir: üçbucaq, dama-dama, zolaq. Diqqət yetir: ciddi kostyum üçün köynək formanı yaxşı saxlayan sərt yaxalıqlı olmalıdır, amma casual üslubunda daha yumşaq yaxalığa icazə verilir.

Sənin üçün üç klassik görünüş variantını yığdım: gündəlik, biznes tərəfdaşları ilə danışıqlar üçün və qala tədbirlər üçün.



Casual 
Görünüşün əsas elementi – sıx yundan hazırlanmış qolunda əl ilgəkli əsas göy çalarlı gödəkçə. Digər çalarlı şalvar və cinslərlə asan uyğunlaşır

İş üslubu
Geniş italyan yaxalıqlı və bilet üçün əlavə cibi olan lakonik tartan üslublu dama-dama kostyum. Eleqant və gözəldir! İkinci variant - qalstuk və cib yaylığı ilə tamamlanan yundan hazırlanmış ingilis yaxalıqlı bir rəng kostyumdur.



Ziyafət tərzi
Birinci variantda sadə ağ köynək gödəkçə tonallığına uyğun seçilmiş dama-dama gödəkçə və şalvarı vurğulayır. Daha effektli olmasını istəyirsən? Məxmər gödəkçə seç və onu ağ köynək və kəpənək qalstukla tamamla. Bu birləşməni hətta cinslə də geyinmək olar və indi bu - eleqantlıq və casual-ı qarışdırmaq çox dəbdədir. Əsas odur ki, cins bir rəng olsun, heç bir dekorativ elementi olmasın, ayaqda isə klassik ayaqqabılar olsun

Müxtəlif ölkələrdə klassik üsluba yanaşma fərqlidir. Məsələn, Fransada kişilər müxtəlifliyi və eksperimentləri sevirlər. Paris küçələrində parlaq rəngləri, qeyri-adi fakturalı parçaları, “istiotla duz” teksturalı şalvarla tamamlanmış qeyri-standart bleyzerlərə üstünlük verən dendilərlə rastlaşmaq asandır. Fransızsayaq klassikanın fişkası şərfdir. Kişilər ustalıqla onu kostyumla uyğunlaşdırır və hətta bütün görünüşün əsas vurğusu kimi istifadə edirlər.

Klassik üslubda xırda şeylər olmur. Yalnız geyimin özünü deyil, həm də saç düzümü, aksesuarlar və hətta düzgün parfüm barədə də düşünmək lazımdır. Eleqantunikal bir şeyə ehtiyacın var - məsələn, yeni Eclat Style parfüm suyu kimi. Kompozisiyanın mərkəzində ətir ustaları Emili Kpperman və Alyenor Massne tərəfindən hazırlanmış ağ iris və dəri əsaslı De Laire Sellier akkordu durur. Qreypfrut və vetiver ətirin səslənməsini tamamlayır. Paris üslubunun əsl təcəssümü!




Parfümu vurmaq üçün ideal an - duşdan dərhal sonra nəm dəri və saçlar üzərinə. Beləliklə ətir daha çox qalacaq. Nəbz nöqtələri haqqında unutma, onlarla ətirin səslənməsini daha intensiv etmək olar: boyun, qulaqların arxası.

Mətn: Şəkil: Роман Белоснежный