Ətirlərin köməyi ilə əhvalını dəyiş

Ətirlər bizin hormonal fonumuza təsir edərək əhval-ruhiyyəmizi tamamilə dəyişə bilirlər. Bu artıq elmlə sübut olunmuşdur. Biz yeni Feel Good xəttimizə emosiyaları gücləndirən təbii inqredientlər əlavə etdik — sına və əhvalını dəyiş!

1. Ətiri hiss etdikdə, onun molekulları hipofizə daxil olur – bu, beynin içində hormonların istehsalı üçün də cavabdeh olan vəzidir. Qoxular müəyyən emosiyalar və hərəkətə təşviq edərək hormonal fonu dəyişə bilər. Bəzi ətirlər sakitləşdirir, digərləri isə sevinc bəxş edirsə, bu sənə elə gəlmir - onların emosional vəziyyətə olan təsiri elmlə təsdiqlənib. Qoxuların köməyi ilə məhsuldarlığı artırmaq, gücü bərpa etmək və ya sakitcə yuxuya getmək olar. Əhval-ruhiyyənə görə seçim etmək üçün bədən üçün vasitələri və parfümləri müxtəlif çeşiddə almağı bir qayda olaraq tətbiq et.

2. Güllü-çiçəkli çəmənlik və ya dülgər atelyesi, şokolad və ya duzlu karamel? Siz rəfiqənizlə onun yeni parfümünün ətiri haqqında saatlarla mübahisə edə bilərsiz və bu normaldır: dünyada ətirləri eyni cür hiss edən iki nəfər belə yoxdur. Hər kəsin öz kor zonaları var - beynimiz sanki mötərizələrdən bəzi notları çıxarır və kompozisiya ana və ya marşrut qonşusu üçün səsləndikdən tamamilə fərqlı cür səslənir. 

3. Parfümeriyada dükanlar, hava limanları, klinikalar və ofislər üçün ətirlərin yaradılması istiqaməti var. Efir yağların düzgün birləşməsi işçilərin diqqətini bir neçə dəfə artırır və alışa təşviq edir. 

4. Hər bir insanın bir neçə trilyon qoxusunu ayırd edə bilən təxminən 10 milyon qoxu reseptorları var və dərk etmə səviyyəsində nüansları hiss etmədikdə belə onların hamısı bizə təsir edir. Stereotiplərin əksi olaraq, parfümerlərin xüsusi qoxu hissləri yoxdur – bu daha çox başdaki qoxular kitabxana üzərində məşq və uzun illərinidir.

5. Qoxu hissi digər hiss orqanlarından daha sürətli şəkildə beyinə siqnallar ötürür: biz səslər və ya toxuma ilə müqayisədə qoxuları bir neçə saniyyə daha tez hiss edirik. Bizə sadəcə elə gəlir ki, ilk təəssürata açar – bu, inamlı danışıq, dəbli geyim və ya təbbəsümdür. İlk növbədə, həmsöhbət məhs qoxunu hesaba götürür! 

6. İnsanın təbii qoxusu onun yaşadığı hisslərə görə dəyişir. Qorxu, həzz, xoşbəxtlik, gərginlik - bütün bu emosiyaları sadəcə qucaqlaşaraq başqasına ötürmək olar.

7. Zökəm zamanı yeməklər çox vaxt dadsız gəlir, düzdür? Faktiki olaraq, qoxu hissi dadın qəbuluna görə təxminən 80% məsuliyyət daşıyır: biz demək olar ki, onu hiss etmirik və yeməyi yalnız toxumaya görə ayırd edirik. 

 
Mətn: Şəkil: Oriflame