Heyrətamiz ud: bu çox dəbli parfüm notu haqqında 5 fakt

Parfüm dünyasında ud çoxmənalı və bahalı inqrediyentlərdən biridir: bəziləri onu xoşlayır, bəziləri isə nifrət edirlər. Biz araşdırmağı qərara aldıq.

TARİXDƏN BİR AZ
Udun adı Quran, Əhdi-ətiq, Sindbad rəvayətləri və Ayurveda reseptlərində çəkilir. Buddistlər bu rayihədən öz meditasiyalarında istifadə ediblər. Çində ud bir çox xəstəliklərin əlacı sayılırdı. Ərəb dünyasında isə ud hər zaman bolluq və firavanlıq rəmzi olub (ondan əsasən kişilər istifadə ediblər). 2000-ci illərədək odun-balzamik notlu parfüm ətirdən çox dərmanı xatırladırdı. 2002-ci ildə Yves Saint Laurent-də işləyən Tom Ford ilk kommersiya məqsədli ud tərkibli M7 istehsal edir. Lakin gül qoxularının hökmranlıq etdiyi bir bazarda onun satışı baş tutmur. 2007-ci ildə Ford daha sadə kompozisiya yaradaraq öz cəhdini təkrarlayır. Özəl şeyx sifarişləri üzərində işləyən Pyer Montal də həmin il eyni rayihəni geniş kütlə üçün buraxır. Bu iş çox uğurlu olur. 2017-ci ildə ud rayihəsi yenə dəbə düşür.

UDUN ALINMA QAYDASI
Ud odununu Asiyanın Cənub-Qərbində bitən Aqar ağacından (Aquilaria) alırlar. Ud yağı ağacda “Phaeoacremonium parasitica” göbələyi yarandıqda (bu, gec-gec baş verir) alınır. Yoluxmuş ağac infeksiya ilə mübarizə aparmaq üçün daxildən xüsusi qatran maddəsi ifraz edir. Qatı, tünd, ətirli qatran ağacın gövdəsinə hopur. Bu proses 60 ildən artıq vaxt aparır. 20 kq odundan cəmi 12 ml qiymətli yağ alınır. Nəticə ağacın yaşından, bitmə yerindən və yağın istehsal keyfiyyətindən asılı olur. Onu buxar və ya maye distilyasiyası, eləcə də karbon qazı ilə ekstraksiya vasitəsilə alırlar. Nəticə: isti və kəskin odun rayihəsi.

QİYMƏTİ
Adı həmişə parfumun adına daxil edilən yeganə inqrediyent uddur. Onu Aqar ağacının yağından alırlar. "International Journal of Pharmaceutical and Life Sciences" jurnalı bildirir ki, həmin yağın qiyməti təxminən 30 000 doll/litr təşkil edir. Əsl zinət!

UDUN MƏHŞURLUĞUNUN SƏBƏBİ
"Nyu-york Tayms" qəzetinin sabiq pafrüm tənqidçisi qeyd edir ki, ud çox nadir inqrediyentdir. O, deyir: "Ud parfüm notları arasındakı imperator kimidir: onu heç bir inqrediyent əvəz edə bilməz". Kəskin, dərin, cəlbedici və əhatəli: onun ətri kompozisiyaya daxil olan digər inqrediyentlərdən asılıdır.

ORFLEYMDƏ UD ƏTİRLƏRİ?

Bəli! Qadın üçün isti və sirli Mysterial Oud, kişi üçün isə qətiyyətli və zərif Intense Oud. Women's & Men's Collection ətirlərinin əsasında ud ağacının qiymətli notu durur. Qadın kompozisiyasının tərkibinə o, qızılgül yağı, zəfəran və mixəklə birlikdə daxildir. Kişi kompoziyasında isə onunla birlikdə qreypfrut, vetiver və polisandr var. Yeri gəlmişkən, ud uniseks inqrediyent sayılır: o, həm qadına, həm də kişiyə uyğundur. Stereotiplərin sənin əhval-ruhiyyənə təsir etməsinə imkan vermə!

Mətn: Şəkil: Oriflame