Əyləncələr üçün saç düzümü: üç trend

İlin ən maraqlı həftələri başlayır: gözəl donlar, əyləncələr və səhərə qədər rəqslər. Mükəmməl saç düzümləri də olmadan əyləncələri təsəvvür etmək mümkün deyil. Bu mövsümün üç əsas trend saç düzümünü təqdim edirik.



UZUN SAÇLAR – MÜKƏMMƏL BURUQLAR

Mövsümün Payız-Qış 2016 dəb nümayişləri buruqlarsız keçməyib. Təbii görsənən dalğalı saçlat – mövsümün əsas trendi olaraq müxtəlif saç düzümlərinin əsas elementidir. Buruqlar həmişə bayram əhval ruhiyyəsi yaradaraq əyləncə gecələri üçün mükəmməl uyğun gəlir. Sınaqdan keçirmək istəyisən? Təlimatı oxu!



ÇİYİNƏ QƏDƏR SAÇLAR
ZƏRİF TOPUZ

Çox da hündür olmaya topuz tərzini tamamilə dəyişə bilər. Burulmuş topuz, qarışıq topuz və ya sıx topuz – sən onların əsasında demək olar ki, hər gün müxtəlif saç düzümləri edə bilərsən. Məsələn, fransız şinyonu. Eleqant və əyləncəli tərz yaratmaq istəyənlər üçün əla seçim olacaq. 

QISA SAÇLAR – PARILTILI BƏZƏK 

Taclar, diademalar və saç sancaqları səni istənilən əyləncə gecəsinin ulduzuna çevirərək tərzinizi unudulmaz edəcək. Saç bəzəkləri müxtəlif ola bilər, həmçinin parıltı nə qədər çox olarsa, bir o qədər yaxşıdır! Başqa birində olmayacaq qış tacı etmək istəyirsən? Bu çələngi əsas kimi götürərək yaz güllərini yeni il aksessuarlarına dəyişərək mükəmməl tərz yarat. 




Mətn: Şəkil: Getty Images