Mükəmməl qırmızı dodaqların sirri

Dodaqlardakı klassik qırmızı müntəzəm olaraq podiumlara qayıdır və öz aktuallığını itirmir. Parlaq dodaq boyası ilə makiyajı qüsursuz necə etməyi sizə danışacağıq.

1. Hazırlıq
Ən yaxşı şəkildə makiyaj hazırlanmış dodaqlarda qalacaq. Aşındırma ilə başla. Bal və bir az şəkəri qarışdıraraq evdə hazırlanmış dodaq skrabı etmək olar və hətta  adi diş fırçası ilə dodaqları masaj etmək olar. Daha sonra intensiv qulluqedici balzamı tətbiq et.

2. Baza
İdeal əsasın ilk variantı dodaq boyası tonunda dodaq qələmi. O, rəngi daha doymuş edəcək və davamlılığı artacaq. Təbii effekti və parıltını qorumaq istəyirsənsə, şəffaf praymer istifadə et: o, yayılmanın qarşısını alacaq və dodaqların səthini düzləşdirməyə kömək edəcək. Kupidon qövsünə bir az xaylayter çək, alt dodağın altına isə mat heykəltəraş köməyi ilə kölgə əlavə et - onları konturinq paletində tapa bilərsən. 

3. Kontur
Bu mərhələdə sən hər şey edə bilərsən! Həcm vermək istəyirsən? Bir az kənara çıxaraq kontur çək. Həddini aşma! Nəticənin təbii qalması üçün düz qələm xəttinin genişliyi boyunca addımlaya bilərsən. Dodaqların həcmi ilə fərqlənirlər? Nisbətləri bərabərləşdirmək üçün birini kontur xaricinə çıxaraq, ikincisini isə - onun içində çək.

4. Rəng və tekstura
Dodaq boyasına dair qərar ver. Klassik krem dodaq boyası mümkün qədər təbii görünəcək: o, çalar verəcək, eyni zamanda dodaqların təbii teksturasını qoruyacaq. Parlaq relyefin hamarlaşdırılması və şirəli parıltı sayəsində dodaqları vizual olaraq cavanlaşdıracaq. Mat dodaq boyası görünüşə bir status verəcək, bundan əlavə məxmər tekstura sayəsində o, həcm vermək üçün bütün fəndlərimizi mükəmməl şəkildə maskalayır. Parıldayan hissəciklərlə dodaq boyası ekstremal həcm verir: təbii effekt üçün onu yalnız dodaqların mərkəzində istifadə et və ya super ulduz olmaq istədikdə dodaqlarınının bütün səthini ört.

5. Qaydaları unut!

Bütün qadınlar dodaq boyasını özlərinə məxsus tətbiq edirlər. Bəziləri fırça istifadə edir, digərləri rəngi barmaqların ucu ilə doldurur, bəziləri isə ümumiyyətlə birbaşa stikdən sürtürlər və bunun üçün onların güzgüyə ehtiyacları yoxdur. Bəs düzgün necədir? Sənin üçün necə rahatdırsa! Nəticə gözəl və vahid bir rəng alınırsa, hər şeyi əla edirsən. Əsas odur ki, qələmi tamamilə bağlamaq üçün küncləri boyamağı və dodaqların düz kənarlarına getməyi unutmayasan. Parlaq çalar seçmisənsə, onları mükəmməl etmək üçün kənarlar boyunca konsilerli fırça ilə keçməyi məsləhət görürük.

 

Mətn: Şəkil: Oriflame