Necə etmək olar: online konfrans üçün makiyaj

Son zamanlar həyat çox dəyişdi və biz internetdə çox ünsiyyət qurmağa başladıq. Makiyaj da fərqli oldu, amma biz hələ də onu yalnız özümüzə vaxt ayırmaq üçün əla fürsət kimi istifadə edirik. Onlayn zəng ekranında və ya hətta video əlaqə vasitəsilə keçirilən partidə əla görünəcək makiyajı necə etməli olduğun haqqında oxu.

img1.jpg Kətanı hazırla

Online görüş üçün tam üz konturinqini etməyə ehtiyac yoxdur, ancaq tonu bərabərləşdirmək və ənliklərlə bəzi nahiyələri vurğulamaq daha yaxşı olardı. Yüngül tonal əsasdan başla: Giordani Gold tonal əsas-kuşon sənin səhərinə lüks qatacaq. Lazım gələrsə, qüsurları maskala (Giordani Gold Master Creation konsilerdən istifadə et) və yay. Sonda dəriyə məxməri finiş vermək üçün, lazımsız parıltıdan və əks olunmalardan qaçınmaq üçün Giordani Gold kompakt kirşanı çək.

Ənlik, online görüşlər dünyasında bizim xilasetmə halqamızdır, çünki ekranda dəri həmişə bozumtul görünür. Parlaq qızartı üzü canlandırır və sağlam parıltı verir, bu isə hətta pis bağlantı zamanı nəzərə çarpacaq. Sənə uyğun çalarlı Giordani Gold toplar sına, üzə losk vermək onu böyük yumşaq fırça ilə çək.

img2.jpg

Gözləri və qaşları vurğula
Gözəllik sadəlikdədir. Ekranda gözə daha aydın forma vermək üçün yuxarı kirpiklərin böyümə xəttini vurğulamağı məsləhət görürük. Qələmlə məhdudlaş və ya THE ONE göz kölgələri kolleksiyasından uyğun çaları əlavə et. Doyunca yatmamısan? Baxışı təravətləndirmək üçün hərəkətli göz qapağının ortasına açıq çalarlı kölgə çək. Qaşların formasını vurğula və THE ONE qaş kölgəsinin köməyi ilə daha dolğun çalar ver. Sonda kirpiklərə yaxşı bir tuş çək, məsələn, THE ONE Wonder Lash kimi.

Təbəssümə diqqət
Zoom konfransları üçün dodaq boyasına gəldikdə isə nüd çalarlar dodaq makiyajı üçün idealdır. Biz Giordani Gold Iconic satin dodaq boyasını bəyənirik, ancaq hansı çaların məhz sənə uyğun olduğunu yalnız özün seçırsən. Nüd çalardan istifadə edirsənsə dodaqlarına həcm əlavə etmək üçün konturu yay. Və ən yaxşı rəfiqənlə online rəqs partinin vaxtı çatdısa, niyə dodaqları daha ifadəli edəcək parlaq qırmızı dodaq boyasını, və ya dodaq qələmini və ya parıldadıcısını sınamayasan. Parlaq çalar çəkməzdən əvvəl skrab istifadə et, belə olduğu halda dodaq boyası mükəmməl şəkildə oturacaq və daha qalıcı olacaq.

 

img3.jpg

Əllər yuxarı!
Bu çətin dövrdə bir çoxumuz maniküru evdə etməyə başladıq və bu, eksperimentlər üçün əla bəhanədir. Ekranda sənin mükəmməl fransız manikürunu heç kim görməyəcək, buna görə ən cəsarətli çaları seç (və daha yaxşı olar ki — əvvəllər heç vaxt sınamadığını). Kamerada kiçik manikür qüsurları görünməyəcək, buna görə şübhələri kənara at və cəsarətlə eksperiment apar.

Bu, online görüşlər zamanı düzgün təəssürat yaratmaq lazım olanda və ya sadəcə əylənmək üçün görünüşlər üzrə tam bələdçi idi. Bütün məsləhətləri eyni vaxtda istifadə etmək lazım deyil, amma makiyaja diqqət yetirmək istəyirsənsə — indi nə etməli olduğunu bilirsən!