1.DRAYBRAŞİNQƏ İNAN
Draybraşinq və ya quru fırça ilə masaj, mübaliğəsiz sənin dərini dəyişdirmə gücünə malikdir. O, qan dövranını yaxşılaşdırır, toksinlərin atılması və dəri yenilənməsini təmin edir. Nəticə: möhkəmlik və dartılma, portağal qabığı görüntüsünün azalması və ani gümrahlıq.
Sənə lazım olan tək şey – keyfiyyətli fırçadır. Quru dəridə düzünə uzun hərəkətlərlə, yuxarı aşağı hərəkət etdir. Dərini dairəvi hərəkətlərlə sürtərək problemli zonaya xüsusi diqqət ayır. Draybraşinq beş dəqiqədən artıq çəkmir - inan ki, o hər birimizdə varВсе, что тебе понадобится — качественная .
2.DƏRİNİ EHMALLA TƏMİZLƏ
Xışıldayana kimi yumağı sevirsən? Bu alışqanlığınızı heç olasa qış boyunca unutmağınızı tövsiyə edərdik. Quru şaxtalı hava dərini zədələyir: sənin tapşırığın – ona kömək etməkdir, daha da zərər vermək deyil. Duş üçün sabunu və sərt geli əlavə nəmlənmə bəxş edən təmizləyici kremlə əvəz et.
3.VANNADAN ÇIXMAĞA TƏLƏSMƏ
Duşdan sonra mütləq nəmləndirici vasitə istifadə et: yüngül özünümasaj əhvalını qaldırmağa və stresi azaltmağa kömək edəcək, faydalı komponentlər isə dərini yumşaq və hamar edir. Biz daha qatı teksturlu və intensiv təsirli krem məsləhət görərdik!
4.BAŞI EHMAL ETMƏ
Qışda tək dəri deyil, saçlar da zərər görür. Hamarlaşdırmaq üçün vasitələr, fen, saç ütüləri, şaxtalı külək və temperaturun düşməsi – hər gün saçlar zərərli təsirlərə məruz qalır. Buna görə də, müntəzəm olaraq qidalandırıcı maskalar etməyi və qoruyucu yağlardan istifadə etməyi unutma.
5.ÖZÜNÜ SEV
Əgər sən bütün bu göstəriənləri öz bədənini sevərək tətbiq etsən onlar iki dəfə daha artıq təsir göstərəcək. Onun bərpa olmasına kömək et: doyunca yat, təbii parçalardan geyin, faydalı qidalar və vacib vitaminlərlə daxildən qidalandır. Özünü dinlə və orqanizmin sənə əlavə hansı qayğıya ehtiyacı olduğunu özü söyləyəcək.