Yeni dəriyə qulluq alətləri ilə 3 layfxak

Evdə spa qulluq hər zamankindən daha aktualdır: düzgün məhsullar və alətlər yaxşı bir salon atmosferi yaratmağa kömək edəcək. Onları istifadə etmək asan və rahatdır və nəticəni çox gözləməyəcəksiniz. Gündəlik qulluğa məhsulların çəkilməsinın və masaj üçün aksesuarları əlavə etməyin üç səbəbini tapdıq.

Layfxak #1: kosmetikanı daha qənaətli şəkildə necə istifadə etmək olar
Sevimli dəri məhsullarını boş yerə sərf etmək istəmirik (özüdə onlar olduqca bahalıdır). Və burada arenaya yeni aksesuarlar çıxır! Krem üçün qaşıq bankadan onu lazım olan miqdarda çıxarmağa, krem paylama fırçası isə bir nahiyyə belə buraxmadan, onu bərabər nazik təbəqə ilə çəkməyə kömək edəcək. Qışda dəri soyulmasına əlvida!

Layfxak #2: vərdiş etdiyin qulluğun təsirini necə artırmaq olar
Dəri baxımında müvəffəqiyyətin açarı yalnız keyfiyyətli məhsullar deyil, eyni zamanda onların düzgün tətbiq edilməsidir. Tətbiq və masaj aksesuarları güzgü qarşısında keçirilən dəyərli dəqiqələrdən ən yaxşı şəkildə faydalanmağa kömək edəcək - onlar səni əsl dəri baxımı mütəxəssisinə çevirir. Məsələn, göz masajoru ilə göz qapaqları üçün kremi çəkmək çox rahatdır - eyni zamanda o, mikrosirkulyasiyanı stimullaşdırır, soyudur, şişkinliyi aradan qaldırır.

Layfxak #3: stresi necə aradan qaldırmaq olar

Stres və məsuliyyətlə dolu uzun bir iş həftəsindən sonra sadəcə özünə vaxt ayırmaq lazımdır. Təqviminə əlavə et: bu, biznes ortaqlarla görüş qədər vacibdir! Gəzintilər, kitab oxumaq, dostlarla görüşmək enerji ilə dolmağa kömək edəcək - dəri üçün isə bir axşamlıq lüks bir gözəllik salonuna çevriləcək hamam otağının özündə kiçik spa seansı uyğun olacaq. Maska qaşığı ilə üz maskasını çəkərək daha çox rahatlıq hiss et: təbəqə mütləq bərabər alınacaq. Adi maska, serum və ya kremin üzərinə çoxlu istifadə edilə bilinən silikon maskanı geyin, 10-15 dəqiqə saxla və nəmləndirilmiş dəridən zövq al. Sən buna layiqsən!

Mətn: