Öz bənzərsiz gözəlliyinə inan
Trendlər gəlir və gedirlər, individuallıq və üslub zamandan asılı deyildir. Bugün necə olmaq istərdin? Şərtiliyi burax, daxili vəziyyətinə və rahatlığına diqqətini yönəlt.
Geri çəkilmə
Sən bəzən səhərdən axşama qədər işləyirsən, məqsəd isə elə uzaqdır ki. Bilirsən necədir? Bu normaldır! Təkrar-təkrar sına, yanılmaqdan qorxma. Yorulmusansa sürətini azalt – amma irəliyə doğru addım atmağa davam et.
Özünə ideal olmamağa icazə ver
Hətta üz qapağındakı qız belə sutka ərzində 24 saat qusursuz görünmür – bizim həyat ritmimizlə bu heç cür mümkün deyil. Rahatla və həzz al: xöşbəxtlik ideal görünüşdə deyil, özünlə hormoniyadadır.
Öz üzərində işlə
Öz həyatını idarə et: özünə fərqli cədvəl qur, isədiyin zaman məzuniyyətə çıx, ailə və kariyeranı asan uyğunlaşdır. Maliyyə müstəqilliyi – bu yeni azadlıqdır.
Öz yaşına hörmət et
Təcrübə və müdrikliklə bərabər güzgüdə yeni əksiniz yaranır – ona qururla bax. Hər bir yaşın özünün gözəlliyi vardır – yenidən- yenidən onunla həzz al.
Öz bədənini sev
Kalorini hesablmaqdan və daimi özünü tərəzidə çəkməkdən əl çək – sağlamlığına və uzunömürlülüyə sərmayə qoy. Bədəninin necə göründüyü elə da vacib deyil – onun verdiyi imkanlara heyran ol.
Güclü ol
Bəzən hər şey, sən mütləq bacaracaqsan qərarı ilə başlayır – və güc öz-özünə gəlir.
Yaxşı şeyləri görməyi öyrən
Müsbətlərə diqqətini cəmlə: əgər mənfi enerjini müsbət istiqamətə yönəldə bilsən, kim bilir səni hansı qələbələr gözləyir!