Üç superxüsusiyyətli yeni SkinPro Sonic

Yenilənmiş SkinPro üç vasitəni əvəz edir və üç dəriyə qulluq prosedurunu həyata keçirir. Diqqətli ol!

1. TƏMİZLƏMƏ
SkinPro cihazı ilə aparılan təmizləmə proseduru adi təmizləmə prosedurundan qat-qat effektiv olur. SkinPro cihazının iş prinsipi elektrik diş fırçasının iş prinsipinə oxşardır (dəqiqədə 2600 vibrasiya). Narahat olma: cihazın ucluğu yalnız dəri səthi ilə təmasda olur, rahat ultranazik qılcıqlar isə dərinin effektiv təmizlənməsini təmin edir, dərini daha təravətli və daha sağlam göstərir

İstifadə qaydası:

1. Makiyajı gözdən pambıq və xüsusi vasitənin köməyilə ilə sil. Cihazı gözətrafı incə dəridə istifadə etmə.

2. Üzünü və fırçalı ucluğu isti su ilə yüngülcə yu. Ucluğa və ya birbaşa üz dərisinə sevimli yuyucu vasitəsıni çək (təmizləyici süd və ya gel). Onun tərkibində qabıqlanmaya səbəb olan hissəciklər olmamalıdır!

3. Lazımi proqram seçib, dərini dairəvi hərəkətlərlə masaj et. Masaj zamanı ucluğu dəri üzərinə hədən artıq sıxma.

4. Proqram sona çatdıqdan sonra üzünü və ucluğu yenidən isti su ilə yu. Kompleks qulluğun digər vasitələrini üzünə adi yuyunmadan sonrakı kimi çək.

2. DƏRİNİN QABIQLANMASI

Həftədə 1-2 dəfə dərinin qabıqlanması üçün SkinPro Sonic cihazından istifadə et. Yumşaq silikon ucluğu dərini ehtiyatla qabıqlayır, onu hamarlaşdırır və məsamələri vizual olaraq daraldır.

İstifadə qaydası:

1. Hər şey çox sadədir: dərinin gündəlik təmizlənməsi üçün atdığın eyni addımları təkrar et. Lakin bu zaman silikon ucluqdan istifadə et.

2. Təmizləyici vasitənin tərkibində qabıqlanmaya səbəb olan hissəciklər olmamalıdır! Bu, çox əhəmiyyətlidir.

3. Biz 60-saniyəlik dövrə malik avtomatik proqramdan istifadə etməyinizi tövsiyə edirik.

3. MASAJ

Daha effektiv masaj üçün üzünə sevimli zərdab və ya krem çək. SkinPro cihazının masaj funksiyasından hər gün istifadə edə bilərsən. Kliniki sübut olunub ki, SkinPro cihazından dörd həftə ərzində daimi istifadə etsən, dərinin tonusu və elastikliyi artar. Dərin daha təravətli və daha sağlam görkəm alar.

Istifadə qaydası:

1. Metal ucluğun istifadəsi zamanı hansı üz hissələrinin təmizlənməsinə icazə verildiyini yaddan çıxarma: üz, çənə xətti, boğaz və sinənin üst hissəsi. Masaj ucluğunu gözətrafı dəridə, burunda və qırtlaq çıxıntısında istifadə etmə!

2. Dəriyə nəmləndirici krem çək və onu tam hoprmasını gözlə.

3. Sonra metal ucluğu tax və lazımi proqramı seç. Dərini yüngül dairəvi hərəkətlərlə masaj et. Sonda ucluğu nəm dəsmal vasitəsilə təmizlə.

 

Mətn: Şəkil: Oriflame