Sıfırdan dəri qulluğu: addımlı bələdçi

Çoxsaylı vasitlər arasında özünü itirirsən və məhz sənə lazım olanı seçə bilmirsən? Beş sadə addım köməyi ilə dəri qulluğunu silkələ!

1. Hazırlıq
Öncə dəri tipini müəyyən et. Yuyunmadan nə qədər sonra parıltının yarandığına diqqətini cəmlə: əgər dərhal  sonradırsa yağlı dəridir, nahara yaxındırsa demək olar ki, normal dəridir. Əgər dəri axşama qədər mat qalırsa deməli quru dəridir.Dərini travmaya məruz qoymamaq üçün öz dəri tipinə uyğun olan baza vasitəsini al. Misal üçün, quru dərilər üçün dərindən təmizləmə vasitələrini almağa dəyməz – o, onu qurudacaq və onun təbii lipid balansını zədələyəcəkdir.


2. Səhər və axşam: kompleks qulluq
Başlanğıc çün hazır kompleks həllər idealdır. Sənin dərin ehtiyacı olan qidalandırıcı maddələri gün ərzində iki dəqiqəyə əldə edəcək. Kompleks qulluğun vasitələrinin formulları bir-birilərinin effektivliyini tamamlayır və gücləndirir, lakin bununla yanaşı onların hər biri öz tapşırıqlarını yerinə yetirir

3. Yatmazdan öncə: gecə maskası
Əgər bütün günü şaxtada və ya ofisin quru havasında vaxt keçirmisənsə dərini yorğunluq izlərini demək olar ki, silən NovAge gecə maskası ilə əzizlə. O, xüsusi olaraq dərini dərindən nəmləndirmək və hialuron turşusu və yağlarla qidalandırmaq üçün yaradılmışdır

4. Həftədə bir dəfə: SPA-prosedurlar
Əsaslı qulluğa alışdığın zaman bir qayda olaraq həftədə bir dəfə evdə bir SPA-sessiyası təşkil et. Bəzi vasitələr dəridə möcüzələr yaradır, lakin aktiv inqrediyentlərin yüksək konsentrasiya sayəsində gündəlik qulluq üçün uyğun deyildir. Pilinqlərlə başla- onlar ölü hüceyrələri təmizləyir, məsamələri dərindən təmizləyir, dəri səthini düzləşdirir və parıltı verir

5. Hər gün: günəşdənmüdafiə kremi
Keyfiyyətli günəşdənmüdafiə vasitələri hər kəsə hətta buludlu gündə və qapalı yerlərdə olduqda belə lazımdır – zərərli ultrabənövşəyi şüalar buludların arasından belə keçir və şəffaf səthlərdən əks olunur. Kompleks qulluğu sanskrinlə tamamla – bu dəri sağlamlığına qoyulmuş ən yaxşı sərmayədir.

Mətn: Şəkil: Oriflame