Kompleks qulluq sinerji prinsipinə əsaslanaraq qurulmuşdur: hər bir vasitənin formulu bir-birini tamamlayır. Məhsulları sən ayrılıqda da istifadə edə bilərsən, lakin tam dəst maksimal effekt verir- kliniki sınaqlarla təsdiq olunmuşdur!
ADDIM 1: TƏMİZLƏMƏ
Ehmalla təmizləmə və canlandırma dərinin ümumi vəziyyətini yaxşılaşdırır, kremlərin və zərdabların tərkibindəki aktiv maddələri dərinə hopdurmağa və effektiv təsir göstərməyə imkan verir. İndi bütün bu prosedurlar üçün tək bir vasitə kifayət edir.
Kliniki təsdiq olunmuşdur: NovAge yuyunma üçün təmizləyici gel-tonik, təmizləyici gel və tonikin birlikdə istifadəsi qədər effektlidir. O, dərinin müdafiə baryerini zədələmədən çirklənməni və makiyajı təmizləyir, nəmləndirir, rahatlıq hissi bəxş edir.
ADDIM 2: GÖZƏTRAFI DƏRİ ÜÇÜN QULLUQ
Gözətrafı dəri çox həsas və nazikdir, adi kremlərin tərkibindəki aktiv inqrediyentlər qıcıqlanma yarada bilər. Bunun üçün də gözətrafı nahiyə üçün şişkinlik və narahatlıq yaratmayan, daha yüngül teksturlu ayrıca məhsul vacibdir.
NovAge Ecollagen Wrinkle Power qırış əleyhinə gözətrafı dəri üçün krem zərif və eyni zamanda effektiv qulluğu təmin edir: qırışlarla, kiçik şişlər və tünd kölgələrlə mübarizə aparır.
ADDIM 3: AKTİVATOR
Aktivatorun rolu – dəriyə maksimum faydalı maddələri vermək və kremin təsirini gücləndirməkdir. Zərdabın tərkibinə, yüksəldilmiş konsentrasiyalı aktiv komponentlər daxildir, hansı ki, gündüz və gecə kremlərinin təsirini gücləndirən yüngül teksturu sayəsində epidermisə tez hopur və daxildən işləməyə başlayır.
Qırış əleyhinə üz üçün zərdab NovAge Ecollagen Wrinkle Power anında dərini nəmlə doldurur, parlaqlıq və hamarlıq bəxş edir, kollagen istehsalını stimullaşdırır, qırışları azaldır və vaxt keçdikcə dərinin xarici görünüşünü hiss olunacaq dərəcədə yaxşılaşdırır.
ADDIM 4: ƏSAS QULLUQ
Kompleks qulluğun tərkibində kremlərin təsiri fərqlənir: gündüz kremi, digər şeylərlə yanaşı, gün ərzində nəmlənməni və UB-şülardan müdafiəni təmin edir, gecə kremi isə dərini onun aktiv komponentlərə qarşı maksimum həsas olduğu vaxtda bərpa edir və qidalandırır.
SPF 30 NovAge Ecollagen Wrinkle Power qırış əleyhinə gündüz kremi qidalandırır, qırışları azaldır və yaşlanma prosesini zəiflədir, gecə kremi isə kollagen istehsalını stimullaşdırır.
REDAKSİYANIN SEÇİMİ
Yenilənmiş Novage Ecollagen Wrinkle Power seriyası qırışları anında 49%-ə qədər azaldır, zamanla onları düzəldir və dəri yaşlanmasını zəiflətməyə kömək edir.
Patentləşdirilmiş Tripeptid-texnologiyası, aşağımolekullu hialuron turşusu və edelveys gövdə hüceyrəsi ekstraktı əsaslı vasitələr dərini anında nəmlə doldurur, onu ətraf mühitin mənfi təsirindən qoruyur və kollagen istehsalını stimullaşdırır.
*Kiliniki sınaq nəticələrinə əsasən, NovAge Ecollagen Wrinkle Power kompleks qulluğun artıq ilk istifadəsindən sonra qırışların həcmi azalır. Kliniki araşdırmalar Ori-derm laboratoriyalarında, 14 avqust-10 noyabr 2017-ci il tarixləri arasında, 26 nəfər qadının iştirakı ilə aparılmışdır.