Gözlər: Suyadavamlı və rütubətədavamlı məhsullar
THE ONE in Action açıq baxış effekti ilə qalıcı tuş hər şeyə qarşı tab gətirə bilər: aktiv gün, yüksək temperaturlar və hətta intensiv məşqləri. İsti gün üçün lazım olan şey! Formul elastik polimerlər əsasında yaradılmışdır: o, hər kipriyi su və təri özündən qovan nəfəsalan qat ilə bürüyür. Tuş effektə görə universaldır: həcm, uzatma və burulma verir.
İfadəlilik və rəng üçün THE ONE High Impact: bu qələmlərin davamlı formulu yayılmır və parlaqlığı itirmir. Parlaq görünüş üçün bir neçə rəngi birləşdir.
Dodaqlar: tint, balzam və qalıcılıq
İsti havada adam yüngül teksturalar istəyir, mən dodaqlar və yanaqlar üçün THE ONE in Action tintə diqqət yetirməyi məsləhət görürəm — toz ənliyi də onunla əvəz etmək olar. Çalar o qədər parlaq və şirəlidir ki, sevimli qalıcı dodaq boyasını belə əvəz edə bilər. Amma parlaq rəng istəyirsənsə, THE ONE Colour Unlımıted Ultra Fıx superqalıcı mat dodaq boyasını seç: yüngül tekstura yay üçün idealdır və dayanıqlığı ilə təəcübləndirir.
Parlaq günəşə çıxmazdan yarım saat əvvəl dodaqlar üçün istənilən məhsuldan əvvəl SPF 15 THE ONE çək, beləliklə vasitənin hopulması üçün vaxt olcaq — belə o, UV-dən daha yaxşı müdafiə edəcək.
Ton: matlaşdırma və SPF
Yayda tonal kremi istifadə etmək — olar və bunu etmək lazımdır! Düzdür, sıx teksturları payıza qədər təxirə salmaq daha yaxşıdır. THE one A-Z SPF30 üz üçün multifunksional matlaşdırıcı krem-tona nəzər sal: o, quruluqdan və UV şüalarının zərərli təsirlərindən qoruyacaq. Yüngül tekstura məsamələri doldurmur, onunla hətta ən güclü istilərdə belə rahat olacaq. Axşam çıxışları üçün tonu THE ONE Illuskin kompakt kirşanla fiksasiya et və makiyajı təzə saxlamaq üçün onu çantaya qoy.