Addım-addım: həcmli hollivud buruqları

Bu saç düzümü ilə – hətta “Oskar” əldə etmək üçün qırmızı xalçanın üzərində də gəzə bilərik! Bizim ətraflı təlimatımıza əməl etsən istənilən bayram əyləncəsinin diqqət mərkəzində olacaqsan.

1. ART-HAZIRLIQ

Saçlarını ayıraraq termo müdafiəedici çək. Bu növbəti addımlarda saçların yanmaması üçün mütləqdir.  

2. ÜFİQİ BURMA

Saçlarını iki hissəyə böl və yuxarı hissə saçları başın yuxarı hissəsində bərkit. İndi çox da böyek olmayan bir hissə saç götürərək saç fenin ətrafına dola. Ütü feni üfiqi vəziyyətdə tutaraq 5-8 saniyə saxla. Bu saçlarda daha sıx buruqlar etməyə imkan verəcək. 

3. SİMMETRİYA MÖCÜZƏSİ

Buruqların eyni olması üçün, hər bir saçı burduqda ütü feni eyni bucaq altında saxlayın. Yalnız bu halda eyni və gözəl buruqlara sahib ola bilərsiniz. 

4. SAÇ DÜZÜMÜ VƏ SPREY

Ütü fenlə işini bitirdikdən sonra saçların tam soyumasını gözlə, daha sonra səliqəli dalğalar əldə etmək üçün buruqları dara. Saç düzümünü bərkitmək və parlaqlıq əlavə etmək üçün möhkəm fiksasiyalı spreydən istifadə et. 


Bura klikləyərək videoya baxın.

Mətn: Şəkil: John Buddee Hair & Makeup: Åsa Östergren