Addım-addım. Dodaq parıltısı: üç fənd

Dodaq parıltısı bir qayda olaraq dodaqlara parlaqlıq vermək üçün istifadə olunur. Əslində bu daha bir universal vasitədir. İnanmırsan? Ondan necə istifadə etməyin qaydasına başa salacayıq!

1. HAYLAYTER

Haylayter effektini əldə etmək üçün qaş altlıqlarına və almacıqlara bir qədər dodaq parıltısı çək. Burada daha çox şəfəq effektli parıltı uyğun gələcək. 

2. ƏNLİK

Dodaq parıltısı ənlik kimi də istifadə etmək olar. Bir qədər təbii effektli yanaqlar yaratmaq üçün parıltını ənlik əvəzi istifadə et! Çəhrayı və ya şaftalı çalarlı rənglər bu məsələdə mükəmməl uyğun gələcək. 

3. PARILTILI GÖZ KÖLGƏLƏRİ

Dəbli nəm effektə nail olmaq istəyirsən? Barmaqlarının ucluqları ilə göz qapağına bir qədər dodaq boyası parıltısı çək. Gözətrafı dərinin daha zərif olduğunu nəzərə alaraq bunu incə hərəkətlərlə et. 

Videotəlimata baxmaq üçün bura klikləyin.






Mətn: Şəkil: John Buddee Makeup by Åsa Östergren