1. ƏNLİK
Bu vasitə üçün təbii parıltılı və mirvari qızılgüllü çalarlar uyğun gələcək. Orta ölçülü fırçanı ənliyə batır və yanaqlarına dairə formasında yay. Parlaq effektə malik olmağın təmin olundu.
Digər variant: qablaşdırmadan yalnız çəhrayı rəngli diyircəkləri seç, ovcuna qoy, fırçanı onlara batır və yanaqlarına çək. Yaz mövsümü üçün tələb olunan – təbii görünüşdür!
2. KONTURLANMA
Bu üsul üçün şokoladlı bronza və dolğun bronza tələb olunur. Yelpik kimi fırçanı vasitəyə batır və fırçanın nazik tərəfi ilə konturlamaya başla. Alnın saç kökləri hissəsi, burun nahiyyəni və almacıqları konturlaşdır. Bu sənə təbii görünüş verməyə kömək edəcək.
3. HAYLAYTER
Ən açıq rəngli diyircəkli əlinin içinə yığ və fırçanı vasitəyə batıraraq almacıqları qaşları və burnun ucunu vurğula.
Bura klikləyərək videoya bax.