Üç addıma mükəmməl dəri əsası

Mükəmməl makiyajın əsasını nə təşkil edir? İdeal istifadə olunmuş baza. Bu gün biz sənə makiyaj əsasından düzgün istifadəni anladacayıq. Üç sadə addıç – qeyd et!

1. YAĞ

Təravətli və cavan tərz yaratmaq istəyirsən? Dərin üçün yüngül yağın istifadəsindən başla. Onu qızdır və yumuşaq hərəkətlə üzünə hopdur. Qidalanma ilə yanaşı o əsasın dəriyə daha yaxşı hopmasına kömək edəcək. 

2. PRAYMER

Praymer dəri qüsurlarını örtmək üçün əla uyğun gəlir. Vasitə vizual olaraq qırışları və məsamələri yox edir. Barmağının ucu ilə istifadə et, lakin vasitədən çox götürmə – Növbəti addımda vasitədən çox istifadə etdiyin özünü biruzə verəcək. 

3. ƏSAS

İndi isə vasitədən bir qədər yanaqlarına, alnına və boynuna çək. Makiyaj fırçası ilə yaxşıca yay ( əgər vasitənin az olduğunu düşünürsənsə bir qədər də istifadə et). Daha çox örtülməsi tələb olan nahiyyələrə vasitəni fırça əvəzinə sponjla istifadə et. Bununla sən qızartı, akne və qara kölgələri gizlədə bilərsən.

Hazırdır! Sən artıq möhtəşəm makiyaj öncəsi baza hazırladın!

Bura klikləyərk videoya bax.

 





Mətn: Şəkil: John Buddee Hair & Makeup by: Åsa Östergren