Dəriyə cavanlaşdırıcı qulluq

Gün ərzində iki dəfə – dərinin cavan və sağlam görünməyi üçün kifayətdir. Bu qulluq dərinin nəfəs alması və istənilən vasitələrin hopdurulmasına kömək edir. Bizim təlimatımızı oxu.

1. TƏMİZLƏMƏ

Təmizləyici vasitə

Birinci addım – dərinin ölmüş hüceyrələr və çirkdən təmizlənməsi. Onun köməyilə bütün kosmetik vasitələr dəriyə hoparaq daha yaxşı nəticə əldə etməyə imkan yaradır. Dərini kir, artıq yağ və makiyajdan təmizləmək üçün gündə iki dəfə təmizləyici vasitədən istifadə et. 

Tonik

Tonik qalan kirləri təmizləyir və dərini fəal inqredientlər üçün hazırlayır. Makiyaj qalıqlarını təmizləmək və dərini nəmləndirmək üçün tonikdən istifadə edin.

 

2. Gözətrafı dəriyə qulluq

Gözətrafı dəri üçün krem

Göz kremlərinin teskturu daha yüngül olduğundan dəriyə daha asan hopur. Qara dairələr, şişkinlik və qırış kimi göz nahiyyəsi problemlərini aradan qaldırmaq üşün səhər və axşam göz kremlərindən istifadə et. 

 

 

3. EFFEKTİN GÜCLƏNDİRİCİSİ

Gündüz və gecə kremlərinin nəticəsini möhkəmləndirməyin ən yaxşı yolu serumdan istifadə etməkdir. Serumların tərkibinə dəriyə  daha tez və dərinə daxil olan fəal inqredientlərin qarışığı daxildir. Öz nəmlənditricinizi istifadə etməzdən əvvəl hər gün serum çəkin. 


4. NƏMLƏNDİRMƏ

Gündüz kremi

Səhər qulluğunu dərinizi şirklənmə kimi xarici qıcıqlandırılardan qoruyan və nəmləndirən gündüz kremi ilə tamamlayın.Maksimum mühafizə üçün üz, boyun və dekolte zonasına çəkin. Gözlərə düşməsindən çəkinin. 

Gecə kremi
Gecələr dəriniz dincəlir və bərpa olunur, məhz buna görə də dəriniz gecə kremindəki güclü inqredientlərə daha həssasdır. Dəriyə gənc görünüşünü bərpa etməyə kömək etmək üçün serumdan sonra təmiz dəriyə çəkin. 




Mətn: Şəkil: Craig Teunissen