Addım-addım: diadema-hörük

Hörük – bu mövsümün dəbli saç düzümlərindən biridir, diadema-hörük isə saç düzümünə çox vaxt sərf etməyi sevməyən, yalnız qüsursuz görünmək istəyənlər üçün mükəmməl variantdır. Necə etmək? Danışırıq!

1. YANAKI TAĞ 
İlk öncə saçlarını qulağının üstündən başlayaraq digər tərəfə ayır.

2. FRANSIZ HÖRÜYÜ
Saçlarını üç bərabər hissəyə ayır. Adı hörük hörməyə başla və vilavasitə əlavə saçları da hörüyə əlavə et. Axıra qədər bütün saçları bərk hör.

3. BƏRKİT
Sonunda yenə ənənəvi hörüyə qayıt. Hörüyü bitirdikdən sonra ucunu saç rezini ilə bərkit. 

4. HƏCM VER 
Bir qədər təbiilik və həcm vermək üçün hörüyü bir qədər boşalt – bunu barmaqlar və ya darağın arxa tərəfi ilə etmək mümkündür. 

5. FİNAL ŞTRİXİ
Hörüyün ucunu saçlarını içində gizlət və saç sancağı ilə bərkit. Saç düzümünün uzun üddət qalması üçün saç spreyindən istifadə et. 

Videodərsə baxmaq üçün bura kliklə.





Mətn: Şəkil: John Buddee/Crosby Hair & Makeup Åsa Östergren