5 dəqiqəyə saç düzümü: hamar və parlaq

Mükəmməl şəkildə saçlar parlaq və sıx olur. Belə saçlara sahib olmaq heç də çətin deyil. Saçlarına xoşladığın düzüm vasitəsini çək, saç düzmü üçün kiçik və böyük şotkanı, eləcə də həcm şotkasını götürüb, qaydalara əməl et!

TƏBİİ DALĞA

1. Saçlarını başının ortasında sancaqla yığ.
2. Böyük şotkadan istifadə etməklə alt tellərini qurut. Tellərini içəriyə bur.
3. Üst tellərini qurut. Saçlarını yüngülcə dalğavarı etmək üçün saçlarının ucunu şotka ilə dara. Təbrik edirik! Sən gündəlik sadə və gözəl saç düzümünə sahib oldun.  

DÜZ VƏ PARLAQ

1. Ovcuna az miqdarda yağ (noxud ölçüsündə) çək. Ovuclarını bir-birinə sürt. Indi isə yağlı ovuclarınla saçlarının ortasından ucuna tərəf çək.
2. Üst tellərini sancaqla.
3. Qurut, dart, lakin saçlarını düzləndirmək və daha da itaətli etmək üçün onları kiçik şotka vasitəsilə burma!

HAMAR QUYRUQ

1. Üst tellərini quyruq şəklində yığ.
2. Quyruğu rezin üst tərəfindən iki hissəyə ayır və həcm şotkasının dəstəyi vasitəsilə onu içəriyə çevir.
3. Saç düzümünə diqqətsizlik görkəmi vermək üçün rezini azca boşalt. Nəticə: yaraşıqlı kiçik quyruq.

Mətn: Şəkil: Oriflame