Saçlar üçün ev Spa-qulluğu

Bədən üçün spa-qulluqdan artıq danışmışıq. Bəs quru, saçqıranlı və nazik saçlar üçün salon qulluğundan necə? Buyurun!

Heç də saç ustasının yanına getməyə ehtiyac yoxdur. Sən saçları ev şəraitində də həyata qaytara bilərsən. Sənə saçlar üçün yenilənmiş HairX seriyası və 15-20 dəqiqə lazımdır. Bu olduqca asandır, razısanmı? 

1. ŞAMPUN VƏ KONDİSİONER
İstənilən salon proseduru təmizlənmədən başlayır. Bərpaedici şampunu saç dibinə çək, köpükləndir və bir-neçə dəqiqə massaj hərəkətləri et. Daha sonra şampunu ilıq su ilə yu, onları bir qədər dəsmalla qurut və bərpaedici kondisionerdən istifadə et. Saç ucluqlarına xüsusi diqqət ver — çünki o saçlarda ən zədələnmiş hissədir. Bir neçə dəqiqə gözlə və saçlarını ilıq su ilə yu. 

2. QİDALANDIRICI MASKA
Quruluq, saçqıranlı ucluqlar, zəiflik, dolaşma və solğunluq  bunların hamısından azad olmaq üçün sənə xüsusi vasitə lazımdır. Maskadan başlayaq. Bir qədər götürərək əllərinin içində yay və bütün saç uzunluğu boyu çək. Sonra maskanın artıqlarını saçlarından daraqla dara və uclarına əlavə et.  Saçlarını daraq-türbanla bağla. Artıq rahatlanmaq vaxtıdır! Maskanı saçlarında 5 dəqiqə saxla, daha sonra ilıq su ilə yu. 

3. VƏ DARAMAQ
Saçlarını dəsmalla qurut və saç üçün şotka ilə dara. Bu cür klassik şotka saçlara zərər vermədən onları açmağa kömək edəcək. Daha sonra saçların strukturunu möhkəmləndirm\k və onlara hamarlıq vermək üçün 2-3 damcı bərpaedici zərdab istifadə et. 

4. DÜZGÜN QURUT
Artıq saçların qurudulmaya hazırdır. Saçların fenlənməsində saç düzümü verən daraqdan istifadə et: aralı dişlər və uzun kəsiklər saç düzümünü asanlaşdırır. Bununla da saçlar isti havanın zərərli təsirindən daha az məruz qalırlar. 

5. MÜDAFİƏEDİCİ ZƏRDAB ÇƏK
Saçların quru və zəyifdirsə, saç uclarına əlavə zərdab çək. Spa-qulluğu HairX saçlar üçün yuyulmayan CC-kremlə tamamla. O saçlarına lazımi qulluq, sağlam görünüş və gözəllik verərək saç düzümünü asanlaşdırır. Yüngül tekstur sayəsində vasitə saçları ağırlaşdırmır və gündəlik istifadə üçün uyğun gəlir. 

Bu qədər! Artıq sən ev şəraitində saçlara spa-qulluq haqqında bilirsən. 

Mətn: Şəkil: Oriflame