1
AĞARTMA
Üst göz qapağına bir qədər açıq rəngli göz kölgəsi çək.
2
TÜNDLƏŞDİRMƏ
Daha sonra bir qədər tünd-çəhrayı və bənövşəyi rəng göz kölgəsindən bir qədər göz qapağının qırağına çəkərək ox formasında yay. İstifadə etdiyin eyni göz kölgəsini aşağı kirpiklərin boyunca da çək.
3
OMBRE EFFEKTİ
İstifadə etdiyin hər iki rəngin nisbətində orta bir rəng seç və göz qapağına çəkərək mərkəzə doğru yay. Bu texnika ilə ombre effektinə nail olacaqsan.
4
DONUQ EFFEKT
Cəlbedici ombre effektli makiyajı tamamlamaq üçün kirpiklərinə tuş çək və donuq dodaq boyası və ya musdan istifadə etməyi unutma.