Addım-addım: təbii rəngli manikür

Qışın bozluğundan bezmisən? Əlvan yaz makiyajı ilə əhval-ruhiyyəni yüksəlt. Həm də ki, bu manikürun edilməsi olduqca asandır.

1. BAZA

Bir neçə təbii çalarlı dırnaq boyaları seç. Onlardan biri sənin baza rəngin olacaq – hansının olmasına özün qərar ver. Onu bütün dırnaqlarına çək ( baza kimi müxtəlif rənglərdən də istifadə edə bilərsən). Tamamilə qurumağını gözlə. 

2. KONTRAST NÖQTƏLƏR

Falqanın üzərinə müxtəlif rəngli dırnaq boyalarından istifadə edə bilərsən. Dırnaq üçün taxda cubuğu götür ( dış çöpü də uyğun gələr) və dırnaq boyasına batır. Öz fantaziyanı işə salaraq müxtəlif rəngləri nöqtə formasında dırnağına batır. 

3. NÖQTƏLƏR-YARIMAYLAR

Yumru dırnaq fırçasından istifadə edərək dırnağın yuxarı hissəsində yarımaylar çək. Tam qurumasını gözlə.

4. ÜST QAT

Manikürun uzun müddət qalması üçün üzərindən müdafiə qatı çək. Hazırdır!

Bura klikləyərək, bizim videodərsimizə bax. 




Mətn: Şəkil: John Buddee Nails by: Frida Selkirk