1. ƏSAS RƏNG
İlk olaraq əsas rəngi çək – biz yüngül metal çalarlı dırnaq boyası seçmişik. Adətən əsas yaratmaq üçün ikiqat dırnaq boyası kifayət edir. Davam etməmişdən öncə dırnaqlarının tam qurumasını gözlə.
2. XÜSUSİ FIRÇA
Dırnaq boyasının düzgün yaxılması üçün sənə xüsusi dırnaq fırçası lazımdır. Sən onu özün istədiyin formaya salaraq kəsə bilərsən. Məsələn əyri kəsilmiş fırça həndəsi effekti yaratmaq üçün qüsursuz uyğun gəlir.
3. ÜÇBUCAQ
Fırçanı bir qədər daha tünd dırnaq boyasına batır. Dırnaq boyasını asta hərəkətlərlə, mərkəzdən başlayaraq üçbucaq forması çək.
4. PARILTI
Dırnaq boyasının tam quruması gözlə. Daha sonra alınmış hər bir ücbucağın içinə yeni il dress-kodunun tələb etdiyi parıltını çək.
5. FİLNAL ŞTRİXİ
Sonunda manikürün uzun müddət qalmaları üçün üzərinə müdafiəedici dırnaq boyası çək.
Videodərsə baxmaq üçün bura klikləyin.