Makiyaj məktəbi: dodaq boyası üçün fırça seçirik

Üç sadə addıma fırçanın köməkliyi ilə dodaq boyasını çəkmək, ona qalıcılıq və donuq effekt verməkdən danışırıq.

1. FIRÇA SEÇİRİK
"Dodaq boyasını adi üsulla da çəkmək olar!", — yeni bu da asan yoldur. Lakin fırça ilə çəkmək daha gözəl effekt verir. "Bəs nəyə görə" sualına cavab verəcəyik. Birincisi, dodaq dırçaları fırmasına görə rahat dodaq konturu yaradaraq dodaq boyasının da dodaqlara rahat çəkilməyini təmin edir. İkincisi isə, adi dodaq boyasını çəkməkdən fərqli olaraq dodaqların qıraqlarına yayılmasının qarşısını alır. Üçüncüsü isə, fırça ekonomiyaya da kömək edir: dodaq boyasından nə qədər istifadə etmək yalnız sənin əlində olur. Bizim L01 fırçamızda həmçinin qapaq da var. Sevimli dodaq boyanı fırçaya yığ və qapağı bağla, — bu cür sən sırçanı çantanda gəzdirərək istənilən an makiyajını təzələyə bilərsən.

2. DODAQ BOYASI ÇƏK
Lazımi dodaq boyası rəngi seç və fırçaya yığ. Daha sonra səliqə ilə dodaq konturu boyunca çək və dodaqların ortasını rənglə. İncə hərəkətlərlə dodaq qıraqlarını da boya. Dodaqlarını vizual olaraq daha həcimli görsətmək istəyirsən? Açıq rəng dodaq boyasını dodaqların ortasına, daha tünd rəngi isə dodaq kənarlarına çək. Tələsmə və gözəl dodaq boyası rəngindən həzz al. 

3. DONUQ DODAQ BOYASI DÜZƏLDİRİK
Dodaqlara donuq effekt vermək üçün sənə tozvari kirşanvə yayılma üçün fırça (E01) lazım olacaq. Fırçaya bir qədər tozvari kirşan götür, artıqları sil və incə hərəkətlərlə dodaqlarına çək. Beləliklə — gözəl donuq dodaq boyası hazırdır! 

Videodərslərə baxmağı sevirsən? Onda videoya baxın.

Mətn: Şəkil: Con Baddi/ Krosbi