Makiyaj məktəbi: ideal dəri tonu üçün fırçalar seçirik

Mükəmməl dəri tonu yaratmaq istəyirsiz, yalnız bunun üçün hansı fırçalardan istifadə etməyi bilmirsən? Bizdə Sizin üçün üç variantımız var – və onların hər biri uyğun gələcək.

1. TONAL ƏSAS ÜÇÜN FIRÇA (F03)

Tonal əsası üzün mərkəzindən çəkməyə başlayaraq alın nahiyyəsinə və boyuna doğru fırçala. Bu fənd əsası bütün üz boyu düzgün yaymağa kömək edəcək. 

 

2. KONSİLER ÜÇÜN FIRÇA (F05)

Yastı fırça yumru quruluşlu olduğuna görə konsileri, praymeri və istənilən digər vasitəni gözətrafı nahiyyə və burun yanlarına qüsursuz çəkməyə imkan verir. Konsilerin barmaqlarının ucluqları ilə dərinizə çəkin, dah sonra fırça ilə tam hopana qədər yayın. Bunu etdikdə siz kiçik sızanaqlar və iltihabi prosesləri gizlədə bilərsiniz.  

3. KİRŞAN ÜÇÜN FIRÇA (F01)

Kirşan üçün fırça sizə digər vasitələrdən daha az istifadə etməyə kömək edir. Fırçanı kirşanın içinə sal və səliqəli şəkildə çırp. Daha sonra fırçanı dairəvi formada dərinizə çəkərək daha çox diqqəti T-nahiyyəyə verin.

 

Mətn: Şəkil: Con Baddi/ Krosbi