Bəbir printli dırnaqlar

Dırnaqlarda animalistik printdən daha orijinal və maraqlı nə ola bilər? Bu manikur üçün sənə üç rəng dırnaq boyası və nazik ucluqlu dırnaq fırçası lazım olacaq. Bəbir printini dırnaqlarda yaratmağı addım-addım öyrən.


1

ƏSAS RƏNG

İlk öncə manikurun dırnaqlarda uzunmüddətli qalması üçün əsası çək. Daha sonra ikiqat hər hansısa neyral rəngi çək ( bu sənin əsas rəngin olacaq) və tam qurumasını gözlə.  

 

 

 



 

2

                                                                                      BƏBİR PRİNTİ

Bəbir printi yaratmaq üçün tünd qəhvəyi rəngli dırnaq boyasından istifadə et. Bunun üçün dırnaqlarında bir-neçə yerdə “ləkə” formasında dırnaq boyasını çək.

 

 




3

DETALLAR

Bu naxışı yaratmaq üçün sənə lazım olan alətlər – nazik tüklü fırça-layner olmalıdır. Onu qara dırnaq boyasına batıraraq öncə çəkdiyin ləkələrin qıraqlarından “C” forması kimi çək. Bu nyüans əsl bəbir printini yaratmağa kömək edəcək.  

 



 

4

                                                                                            ÜST QAT

Naxış quruduqdan sonra dırnağın üstünə rəngsiz dırnaq boyası çək. O sənin bəbir printli manikurunu uzun müddətli saxlamağa kömək edəcək. 

 






Mətn: