Addım-addım: mükəmməl qaşlar düzəltmək

Mükəmməl qaş arzusundasan?! Bizim ətraflı təlimatımızda bu effektə necə nail olmağın sirlərini açacayıq!

1 Forma veririk

İlk öncə şəkildə olduğu kimi ideal qaş formasını müəyyən et. Qələmin bir ucunu burnun qırağına, digər hissəsini isə qaşın sonuna yönəlt. Şaquli xətt qaşların başlanğıcını, üfiqi xətt isə qaşın sonunu göstərir. Orta xətt isə qaşın orta nöqtəsini vurğulayır. Bu nöqtələr hansı hissələrdən artıq tüklərin alınmasını göstərəcək. 

 

 

2 Rəngləyirik

İndi isə boşluqları rəngləmək lazımdır. Qaşa forma vermək və rəngin nə dərəcədə tünd olacağını anlamaq üçün ən yüksək hissəsindən rəbgləməyə başla. Rəng çox tünd olmamalıdır. Tez-tez nəticəyə bax və hansı hissələrdə davam etməyi anla. Bu qaşların daha təbii rəngdə olmasını təmin edəcək. 

 

 

 

3 Qaşlar üçün gel istifadə edirik

Sonunda qaşların şəffaf gel çək – o qaşların forma və rəngini saxlayır

Mükəmməl! Sən özünə bütün günü əminlik verəcək ideal qaşlar düzəltdin. 


Mətn: Şəkil: Craig Teunissen