Makiyajla gözləri daha iri etməyin yolları

Təəssüf ki, hər bir insanın iri gözlərlə doğulmağında bəxti gətirməyib, lakin makiyajın köməkliyi ilə bunu asanlıqla etmək olar! Biz 5 sadə addıma bunu nnecə etmək lazım olduğunu göstərəcəyik!

1. PARLAQ GÖZ KÖLGƏLƏRİ

Şappıldadıcı hərəkətlərlə barmaqlarının ucu ilə göz kölgəsini göz qapaqlarına çək. Bu texnikanın köməyi ilə göz kölgələri gözdə daha səliqəli və hamar, gözlər isə daha parlaq görünəcək. 

2. KONTUR

İndi isə dəri tonundan bir qədər tünd olan göz kölgəsi götürərək göz qapağının qatlanan hissəsinə çək. Bu gözlərini vurğulamağa kömək edəcək. 

3. DAXİLİ XƏTT

Açıq çalarlı (ağ və ya zərif-çəhrayı) rəngli göz gölgəsini götürərək göz qapağının daxili qatına çəkin. Bu gözləri vizual olaraq həcimli edərək göz qızartısını da gizlədə bilir. Effekti artırmaq üçün yuxarı kirpiklər boyunca maye göz qələmindən istifadə et.

4. KİRPİKLƏR

Aksiom: uzun kirpiklər = böyük gözlər. Əminliklə kirpikləri burmaq üçün vasitəni işə sal! Həmişə bunu tuş çəkməmişdən öncə həyata keçirin, əks halda kirpikləri korlaya bilərsən.  

5. TUŞ

Tərzin tamamlanmasında kirpiklərinə fırçanı önə və arxaya irəliləyərək qara rəng tuş çək. Bu hərəkər həcimli kirpiklərin yaranmasına, tuşun ikiqat çəkilməsi isə vurğulayıcılığı artıracaq.

Bura klik edərək videoya bax.


Mətn: Şəkil: John Buddee, Hair & Make-up by: Åsa Östergren