Addım-addım: maye dodaq boyasından necə istifadə etmək

Maye dodaq boyası heyrətə səbəb ola bilər: ondan necə istifadə etmək olar, axı o mayedir? Panikaya düşməyin! Biz sənə bir necə faydalı məsləhətlər verəcəyik.

1. SKRAB
İdeal görünən dodaqlar üçün vacib üstünlüklər — hamar dəridir. Ona görə çox vaxtını dodaqlarının makiyaja hazırlanmasına sərf et. Dodaqlar üçün skrab dodaqların üst qatını hamarlayır və onu ölmüş hüceyrələrdən azad edir. Sən  şəkər tozu və balla skrab düzəldə bilərsən. Alınmış skrabla dodaqlarını massaj et. Daha sonra yumuşaq salfet ilə sil.

2. NƏMLƏNDİRMƏ
İşi skrabla bitirdikdən sonra dodaqları mütləq olaraq nəmləndirmək lazımdır. Məsələn, The ONE Lip Spa Care Lip Balm balzamı — tərkibində nəmləndirici inqredientlərlə yanaşı, dodaqları günəşin ultra bənövşəyi şüalarından qorumaq üçün SPF8 faktoruna malikdir. 

3. ÇƏKİLMƏ
Qüsursuz dodaq boyasının əsas sirri — düzgün olan çəkilmədir. Zərif çappıldadıcı hərəkətlər bərabər yaxılmanı təmin edəcək. Dodaq fırçası ilə sağa-sola hərəkətlər etməyə ehtiyac yoxdur. 

Bura klikləyərək, bizim videodərsimizə bax.

Mətn: Şəkil: Con Baddi. Saç düzümü və makiyaj: Ose Esteqren