Addım-addım: qızılı vurğularla manikur

Qızılı vurğulu nyüd qammasında dırnaqlar – bu mövsümün əsas manikür trendidir. Texnikanı öyrən və müxtəlif rənglərlə təcrübə apar!


1

ƏSAS

Manikur öncəsi dırnaqlarının hazırlanması və qorunması üçün rəngsiz dırnaq örtüyü əsas çək. Manikurun uzunmüddətkli qalması üçün ucluqlara ikiqat  çək.

 




2

FON

Fon üçün dırnaq boyası rəngi seç – bizim seçimimizdə bu şəffav nyüd olacaq. İki qat çək və dırnağın tam qurumasını gözlə.
 

  



3

  

                                                   FIRÇALAR

Bu maniküru etmək üçün sənə ultranazik fırça lazımdır. Sən bunu köhnə dırnaq boyasının fırçasını lazımı qalınlığa qədər kəsərək edə bilərsən. 

 




4

BƏZƏK

İndi sənə şaquli və ya ufiqi xətlər çəkmək lazımdır. İlk öncə qərar ver – ilk əvvəl sən nə çəkəcəksən. Əlini stolun üstünə qoy ki, manikur tərpənməsin və səliqəli alınsın, daha sonra incə və sərbəst hərəkətlərlə bəzəkləri çək. 



     

 

  5

PARILTI

Qızılı rəng dırnaq boyası tamamilə quruduqdan sonra dırnaqları üçün qoruyucu şəffav dırnaq boyası ilə ört. Bu da həmçinin dırnaqlara parıltı verəcək. 




Mətn: Şəkil: Victoria Stillwell, Nails by: Frida Selkirk