Addım-addım: kolor-blokinq tərzində manikür

Kolor-blokinq və ya blok rənglərdən istifadə dırnaqları kontrast rənglərdə vurğulamağın dəbli yoludur. Dörd sadə addıma bu effektə nail olmağın metodlarını göstərəcəyik.

1. BAZA QATI
Üç kontras rəng seç. Rənglər nə qədər parlaq olsa, manikürün bir o qədər əlvan olar. İlk əvvəl dırnaqlarına açıq rəng dırnaq boyası çək – bu sənin bazan olacaq. Tam qurumasını gözlə. 

2. ÇƏPİNƏ ÜÇBUCAQ
İkinci rəngi şəkildə göründüyü kimi çək, dırnağın bir kənarından yuxarıdan başlayaraq üçbucaq formasında. Sadə qaydanı yadda saxla: həmişə bir neçə nazik qatlar çəkmək bir qalın qatdan daha yaxşıdır. Çünki nazik ştrixlər daha tez quruduğuna görə yeni çəkilmiş dırnaq boyasını kormaya bilmir.

3. KÜNC
Üçüncü rəngin köməkliyi ilə ikinci üçbucağın daxilində üçüncü üçbucağı çək. Dəqiqlik üçün sən xüsusi nazik fırçadan və ya köhnə fırçaları kəsməklə istifadə edə bilərsən. Fırça nə qədər nazik olarsa xəttlər daha dəqiq, manikür isə daha səliqəli olacaq. 

4. MÜDAFİƏEDİCİ QAT
Sonunda parlaqlıq və müdafiə üçün müdafiəedici qat çək.

Bura klikləyərək videodərsə bax. 



Mətn: Şəkil: John Buddee Nail art: Frida Selkirk