Ətraflı bələdçi: maye göz kölgəsi ilə göz makiyajı

İnanılmaz olsa da faktdır: tamamilə göz makiyajını tək maye göz qələmi ilə etmək mümkündür. İnanmırsan? Şübhələri qırağa qoy və bizim məqaləmizi oxu.

1. ÇALARI SEÇ
Qeyri-adi makiyaj müxtəlif rəng göz qələmləri tələb edir. Bir-biriləri ilə uyğun gələn üç rəngdən istifadə et. Bizim yaşıl, gümüşü və göy rənglər xoşumuz gəlir.  

2. AŞAĞI KİRPİKLƏR BOYUNCA ÇƏK
Birinci tərz sadə olduğu qədər mükəmməldir. Ən parlaq rəngi seçərək aşağı kirpiklərin boyunca çək. Bu dərhal gözlərinə cazibədarlıq verəcək.  

3. YUXARI GÖZ KİRPİKLƏRİ XƏTTİ İLƏ ÇƏK
Növbəti addıma keçməyə hazırsan? Onda digər çalarlı göz qələmini (daha açıq rəng) götür və üst kirpiklərin xətti boyunca çək.  Gözlərində qeyri-adi effekt yaradan ombre yarandı. Qeyri-adi və dəbli makiyaj üçün hətr şey hazırdır!

4. GÖZ QAPAĞINA DİGƏR RƏNG ƏLAVƏ ET
Gözlərində bir məhsulla tamamilə makiyaj yaratmaq istəyirsənsə maye göz qələmi əsl sənlikdir. Qələmi göz qapağına çəkərək onu yaymağa başla. Kül effekti yaratmaq üçün isə barmaqlarının ucluqlarından istifadə et. Möhtəşəmdir, elə deyilmi?

Bu makiyajı etməyi ətraflı öyrənmək istəyirsən. Bizim videodərsimizə bax!

Mətn: Şəkil: Foto: Con Baddi. Makiyaj və saç düzümü: Ose Esteqren