Göz makiyajı zümrüd qammasında

Zümrüd – xanımların ikinci (brilyantdan sonra) yaxın dostudur. Səni buna inandırmaq üçün biz yaşılın çalarlarını qarışdıraraq tropik meşə qammasında makiyaj etdik. Bax və təkrarla.

1

MAYE GÖZ QƏLƏMİ

Tünd yaşıl rəngli maye göz qələmi ilə gözlərin aşağı və yuxarı hissəsini rənglə. Daha ifadəlilik üçün çalar çox tünd olmalıdır.  


2

ZÜMRÜD YAŞILI

Bu mərhələdə sənin iki çalara ehtiyacın olacaq: metal effektli zümrüd rəngli qələm və zeytun qammasının krem kölgələri. Gözlərin daxili küncü və aşağı kirpiklərin çıxma hissəsinə qələm çək. Maye göz qələmi ilə qarışdıraraq qələmi yay. Gözl kölgəsini göz qapağının xarici hissəsinə qaşa qədər çək. Hər iki rəngi - kölgə və qələmi qarışdır.  



3

TUŞ

Aşağı və yuxarı kirpiklərini səliqə ilə bur və bir neçə qat tuş çək. 



4

DODAQLAR

Üslubunu neytral çalarlı dodaq boyası ilə tamamla - isti bej daha çox uyğun gələcək.  

Mətn: Şəkil: Oriflame