Göy qammalı göz makiyajı

Göz kölgələri və maye göz qələmi – bu mövsümün pikində durur. Rənglər nə qədər cəsarətli olarsa, makiyaj o qədər cazibədar görsənər: bizim təlimatı oxuyaraq icra et!

1. MAYE GÖZ KÖLGƏSİ

Firuzəyi rəngli maye göz kölgəsini barmaqlarının köməyilə göz qapağına sürt və yay. Həmin rənglə göz kölgəsini aşağı kirpiklərə də çək.

2. TOZVARİ GÖZ KÖLGƏSİ

Tünd göy rəngli tozvari göz kölgəsini göz qapağının sağ küncünə çəkərək yayın. O gözlərə dolğunluq verərək göz formasını vuğulayır

3. KİRŞAN

Kiçik həcimli fırça ilə bronz kirşanı yanaqlarına çək və yuxarıya doğru yay. Soyuq kirşan əlvan göz kölgələri ilə ahənglik təşkil edərək dolğun baxış yaratmağa kömək edir. 

4. DRAYV ƏLAVƏ ETMƏK

Gözləri daha çox vurğulamaq üçün aşağı kirpiklər boyunca qara göz kölgəsi çək. Sonunda bir neçə qat tuş çək.

 




Mətn: Şəkil: Victoria Stillwell, Hair & Makeup: Åsa Östergren