Addım-addım: göy oxlar və parlaq dodaqlar

Cazibədar makiyajın sirri - oxlar və vurğulanmış dodaqlardır. Əlvan rənglər və qrafik oxlar hətta ən parlaq əyləncə gecəsində belə səni diqqət mərkəzində edəcək.

1. SKOÇ
Skoçü gözün xarici kənarına yapışdır. Fırçaya krem teksturlu göz kölgələri götür və ox çək.  

2. OX
Skoçdan xətkeş kimi istifadə edərək xətti uzat. Xətt getdikcə nazikləşməlidir. Skoçu yığışdır. 

3. HAYLAYTER
İri və həcmli gözlər effekti üçün göz qapağının ortasına parıltılı haylayter çək.  

4. DODAQLAR
Sonunda dodaqlarına narıncı rəngli dodaq boyası çək!





Mətn: