Maskanın taxılması orqanizmimizi qorumaq üçün lazım olan yeni reallıqdır, amma bəzən bu, diskomfort yarada və sebumun həddindən artıq istehsalına, tıxanmış məsamələrə və başqa dəri qüsurlarına səbəb ola bilər. Əgər sən, bizim kimi, sağlamlığına qulluq göstərirsənsə, amma dəri üçün mənfi nəticələrdən qaçınmaq istəyirsənsə, bu problemin həlli üçün sirləri öyrənməyə bizimlə qal.
Profilaktika həmişə müalicədən daha yaxşıdır! Əgər səpkilər səndən yan keçdisə, bu məsləhətlərə riayət et ki, dərin həmişə sağlam və təravətli qalsın!
İkiqat təmizlənməni sına
Qoruyucu maska taxarkən gündə iki dəfə üz yumaq lüks deyil, zəruriyyətdir. Maska dəri hüceyrələrinin təbii aşınmasını çətinləşdirə bilər, buna görə də maskne əmələ gəlir ("akne" və "maska" sözlərin birləşdirilməsindən yaranan vəziyyət). Daha yaxşı təmizlənmə üçün üzü iki mərhələli şəkildə yu:
- NovAge üz yuma üçün təmizləyici yağdan başla. Onun hidrofil formulu makiyajı, sebumun artıqlarını və digər çirklənmələri effektiv şəkildə aradan qaldırır.
- Sonra NovAge üz yuma üçün gel-tonikdən istifadə et. O, məsamələri dərindən təmizləyir, dərini canlandırır və nəmləndirir.
Dərinin həddindən artıq qurumasına imkan vermə
Dərinin susuzlaşması zamanı hüceyrələrin yenilənməsi prosesi yavaşlaya bilər. Ölü dəri yağı və çirklənmələr ilə birlikdə ölü hüceyrələr məsamələri tıxayır, bu isə çillərin və qara nöqtələrin yaranmasına səbəb olur. Dərinin hətta maska altında sağlam və nəmləndirilmiş qalması üçün aşağıdakıları tövsiyə edirik:
- Üz yumadan sonra NovAge nəmləndirici essensiyasını istifadə et. O, dərinin təbii qoruyucu maneəsini bərkidərək və üzə sağlam xarici görünüşü qaytararaq dərini bərpa edir.
Dərinin yağlılığını nəzarət altında saxla
Maskanın gündəlik taxılması dərinin qoruyucu maneəsini zəiflədə bilər. O, rütubəti itirir, məsamələr tıxanır, yağlı parıltı və səpmələr əmələ gəlir. Daha tez-tez üz yumaq istəyi yarana bilər, ancaq bu, dəriyə yalnız zərər verəcək. HƏLLİMİZ
- Təmizlənmədən sonra bir neçə damcı NovAge yağlı və problemli dəri üçün matlaşdırıcı geldən istifadə et. Sonra adi qulluğuna davam et. Bu, sebum istehsalını azaldır, məsamələri daraldır və yağlı parıltını dərhal aradan qaldırır.
Qüsurlardan qurtul
Əvvəlki bəndlərdəki məsləhətlər daha çox qabaqlayıcı şəkildə işləyir və masknenin yaranmasının qarşısını almağa kömək edir. Amma iltihab artıq əmələ gəlibsə ne etmək lazımdır? Gözəl və sağlam dəri üçün mübarizədə salisil turşusu ilə üz üçün emulsiyanı özün üçün köməkçi kimi seç:
- Vasitəni təmizlənmədən sonra istifadə et. O, iltihabların, tıxanmış məsamələrin və postaknenin öhdəsindən gəlməyə, həmçinin yeni qüsurların yaranmasının qarşısını almağa kömək edəcək. Dərin təmiz və parlaqdır!
- Salisil turşusu ilə yanaşı, emulsiya Asiya sentellası ekstraktını ehtiva edir, o, dərini sakitləşdirir və onun regenerasiyasına təkan verir.
Təcili tədbirlər gör
Hiss edəndə ki, iltihab tezliklə yaranacaq, dərhal hərəkətə keç:
- İltihaba məruz qalmış nahiyəyə NovAge 24 saatlıq təsirli iltihab əleyhinə gel çək. O, gün ərzində iltihabın və qızartının ölçüsünü azaldaraq dərhal işləməyə başlayır – klinik cəhətdən sübut edilib.
- Səpkilər artıq yaranıbsa onların ölçüsünü və diskomfort hissini azaltmaq üçün gel də istifadə edə bilərsən