Dərinin qurumasının 5 əlaməti və onun bərpası

Nə etsən də dərin yenə qurudu? Dərinin qurumasına bir çox amil gətirə bilər: çirkli hava, tarazlanmamış qidalanma, səhv təmizlik üsulu. Yaxşı xəbərimiz var: bunu həll etmək olar! Sənin dərin üçün təcili yardımın tələb olunmasını göstərən 5 əlamət haqda danışırıq və həlli yollarını izah edirik.

1. ƏHVAL-RUHİYYƏ RƏNGi BOZDURSA
Səhər tezdən üzün solmuş rəng alıb? Susuzlaşdırma zamanı dərinin yeniləməsinə cavabdeh funksiya zəyifləşir. Bu səbəbdən o ölü hüceyrələrdən qurtulmur -və sən zombiya oxşamamaq üçün külli migdarda kosmetika istifadə etməyə məcbur olursan.

2. YAĞLI PARILTI VƏ QURULUQ HİSSİ
Quru dəri özünü vahiməyə düşmüş insan kimi aparır. O, quruluğu hiss edən kimi dəhşətli miqdarda sebum istehsal etməyə başlayır - nəmişliyin qalan hissəsini qorumaq üçün baryer yaradır. Əgər dərinin çox yağlı olmasını hiss edirsənsə, quruducu vasitələrdən istifadə edib dərini təmizləməyə tələsmə.

3. DƏRİ QICIQLANMASI
Dəri quruması zamanı qoruyucu baryer də çətin günlər yaşayır və dəriyə bakteriya və çirklənmələr ilə mübarizə aparmaq çətin olur. Nəticə olaraq, dəri daha da həssas olur. Keçmişdə mükəmməl uyğunlaşan vasitələr qəfildən qıcıqlanmağa səbəb olursa - bu düşünmək üçün bir səbəbdir.  

4. GÖZLƏNİLMƏZ QIRIŞLAR
Əgər sən bir gün gözlənilməz qırışlarla qarşılaşdınsa, yaş əleyhinə vasitələri almağa tələsmə. Ola bilsin, dərin qurudu. Qurumuş meyvənin necə olduğunu xatırla - o elastikliyini itirir və qırışlarla örtülür. Lakin sən meyvə deyilsən və bu prosesi geriyə tərəf çevirmək mümkündür.

5. QAŞINMA
Kondisionerlər və temperaturun tez-tez dəyişməsi üz dərinin halına təsir göstərir. Qaşınma və dərinin nahamar olmağı tez-tez qarşılanan nəticədir.  

PROBLEMLƏRİ NECƏ ARADAN GÖTÜRMƏK OLAR?
Nəmləndirmək! Biz bunun maksimal effektiv yolunu göstərəcəyik. Spoyler: yalnız bircə krem yetərli deyil.

1. DƏRİNİ SƏLİQƏLİ TƏMİZLƏMƏK 
Tərkibində spirt olmayan nəmləndirici komponentlərlə dolu yumşaq təmizləyici vasitə seç. Unutma: isti su dərini aqressiv təmizləmə ilə eyni dərəcədə qurudur
 
2. QİDALANDIRICI VƏ  NƏMLƏNDİRİCİ MASKALARDAN İSTİFADƏ ET
Maskalar qısa müddət ərzində dərini nəmlə təmin edir və parıltısını bərpa edə bilir. Bu, qidalandırıcı yağlar və turşuların  köməyi ilə dəri baryerini bərpa edir. Baryer normal işləyəndə nəm bədəndən çıxmır. NovAge dərini intensiv bərpa edən gecə maskanın köməyi ilə yoxla.

3. GiALURON TURŞUSU
Tərkibində gialuron turşusu olan vasitələr seç. Söhbət dərinin qidalanmasından və nəmliyin qorunmasından gedirsə, bu sənin nömrə 1 köməkçin olmalıdır. Bizim məsləhətlərdən yararlanaraq dərinə bərpa olunmağa kömək et

Mətn: Şəkil: Oriflame