1. DƏRİNİ HAZIRLA
Həmişə yatmazdan əvvəl makiyajdan azad ol. Hər axşam təmizləyici vasitələrdən, həftədə 1-2 dəfə isə skrabdan istifadə et. Nə üçün? Bu halda sən dəri tərəfindən nəmliyin mənimsənilməsinə imkan yaradacaqsan.
Birinci addım: özünə uyğun təmizləyici vasitə seç.
İkinci addım: ayda iki dəfə üz dərisinin təmizlənmə cihazından istifadə et.
Üçüncü addım: həftədə 1-2 dəfə skrab çək.
Nəticə: növbəti qulluq prosedurlarına hazırlanmış təmiz dəri. Nəmləndirici vasitələr daha yaxşı mənimsənir və özünün aktiv inqrediyentlərini dəriyə daha yaxşı hopdururlar.
2. DÜZGÜN TONAL VASİTƏ SEÇ
Arzuolunan dəri donuqluğuna nail olmaq üçün çoxları pudradan istifadə edir. Lakin yetkin dəriyə çəkilmiş pudra qırışların nəzərə çarpmasına şərait yaradır, üzü qurumuş torta bənzədir. Sizə qırışlar probleminin daha düzgün həllini, yəni çoxfunksiyalı Giordani Gold CC kremini təklif edirik. Yüngül tekstura və yaşlanma əleyhinə Brightening Technology texnologiyası sayəsində bu vasitə tez mənimsənilir, üzdə bərabər ton yaradır, iltihabi prosesləri ört-basır edir, eləcə də piqment ləkələrinin və dərin qırışların yaranmasının qarşısını alır. Həmçinin intensiv nəmləndirməni və fotoyaşlanmaya qarşı müdafiəni (SPF 35) də əlavə etsək, siyahı tamamlanmış olar. Əldə etmək gərəkdir!
3. DODAQ BOYASI DEYİL, DODAQ PARILTISINDAN İSTİFADƏ ET
Dodaq parıltısından sonuncu dəfə orta məktəbdə istifadə etmisənsə, keçmiş adətinin təkrarlanması zamanıdır. Tünd çalarlı dodaq boyasından fərqli olaraq dodaq parıltısı dodaqları daha həcmli, cavan və təravətli göstərir. Çəhrayı və ya şaftalı rəngini seç və ya incə çalarlı dodaq boyasını dodaq parıltısı ilə birgə istifadə et.
4. QAŞLARINA MÜNASİB FORMA VER
Düzgün seçilməmiş qaş forması yaşı bildirər və ya onu artırar. Qaşın özü nazikləşə və seyrəkləşə bilər. Nə etməli? Qaş korreksiyası üçün dəsti əldə et! Onun tərkibində qaşları öz təbii formasına qaytarmaq, onlara istədiyin forma və rəng düzəlişi vermək və bununla da baxışlarını daha mənalı etmək üçün zəruri hər şey var.
5. DƏRİNƏ PARLAQLIQ BƏXŞ ET
Üz dərisinə təravət və parlaqlıq əlavə etmək üçün strobinqdən istifadə etməyin tövsiyə olunur. O dəri qüsurlarını təbii olaraq gizlədə bilir. Sənə The ONE krem-haylayter, yelpikvari fırça və ya maye sponj.
Birinci addım: haylayteri aşağı kirpiklərinin altına çək.
İkinci addım: burunun üstünə, alın nahiyyəsinə haylayter çək.
Üçüncü və sonuncu addım: adsız barmaqla haylayteri yaymağa çalış və gözlərinin daxilinə doğru istiqamətləndir.
6. YANAQLARINI QIZARTMAQDAN UTANMA
Gənclik nədir? Gənclik açıq baxış, maraq, enerjinin qaynaması, qorxmazlıq, hərəkət, sağlamlıq və...yanaqların qızarması deməkdir. Meşə gəzintisi, yoqa məşqi və ya qaçışdan sonra sənin dərin necə də gözəl görünür! Eyni effekti üzündə "əks etdir"! Təbii və təravətli görkəm yaratmaq üçün sənə ənlik lazım olacaq. Dərin solğundursa, bu il dəbdə olan çəhrayı və ya şaftalı çalarını seç. Dərinin tonu qəhvəyidirsə, narıncı və ya çəhrayı-bənövşəyi, dərinin rəngi tünddürsə, üstünlüyü terrakota çalarına ver.
7. ATQUYRUĞU SAÇ DÜZÜMÜNDƏN İSTİFADƏ ET
Bu saç düzümü üzü açır və onu ensiz göstərir. O, həmçinin almacıqları vurğulayır və istənilən üz dərisinə təravət verməkdə köməklik edir. Bu saç düzümü ofisə də, teatra da, çimərliyə də, idman zalına da uyğundur. Saçlarına qulluq prosedurlarına qidalandırıcı Eleo yağından istifadəni əlavə et. Ayda 2-3 dəfə haçalanan saç uclarını kəs. Başını dik tut!