Dərini təmizləmə vasitələri. Gel yoxsa kosmetik süd?

Şübhəsiz ki, təmizləyici vasitələr dərini təmizləmək və dəridən makiyaj və sebum qalıqlarını silmək üçün nəzərdə tutulmuşdur. Sənə uyğun gələni necə seçməlisən? Gel ilə kosmetik süd arasındakı fərq nədir? Gəl araşdıraq!

GEL

Nəyə görə: Dərinin dərindən təmizlənməsi, eləcə də akne xəstəliyinə səbəb ola biləcək sebum və bakteriyaların silinməsi üçün hazırlanmışdır. Normal, yağlı və qarışıq dəriyə uyğundur.

İstifadə qaydası: Üz dərisini nəmləndir və geli ovuclarınla onun üzərinə çək. Üzündə aşağıdan yuxarıya masaj hərəkətləri et. Daha sonra üzünü ilıq su ilə yu. Gözlərin ətrafına yaxınlaşma: bu hissələrdə dəri daha nazik və daha həssas olduğundan, makiyajın silinmə vasitəsindən istifadə et.

SÜD
Nəyə görə
Kosmetik süd makiyajın quru, həssas və ya rozasea (gül) xəstəliyindən əziyyət çəkən dəridən, eləcə də gözlərdən silinməsi üçün nəzərdə tütulmuşdur.

İstifadə qaydası: Üz dərisini nəmləndir. Kosmetik südü pambıqla üz və boğaz dərisinə ehtiyatla çək. Makiyajı gözdən silmək üçün kosmetik südə batırılmış pambığı bir neçə saniyə ərzində yumulmuş göz qapağına toxundur. Dərini dartma! Bu, qırışların yaranmasına səbəb ola bilər. Daha sonra üzünü ilıq su ilə yu. Makiyajdan çox istifadə edirsənsə, bu proseduru təkrar həyata keçirmən lazım ola bilər.


Mətn: Şəkil: Jon Baddi / Krosbi