Səsin gücü: yeni SkinPro cihazının iş prinsipi

Ilon Mask Marsı fəth etməyə hazırlaşır, avtomobillər adi ev elektrik şəbəkəsindən qidalanır, dəriyə qulluğu isə səs texnologiyasının köməyilə həyata keçirirlər. Xeyr, bu, uydurma deyil! Sənə yenilənmiş SkinPro Soniki təqdim edirik!

ÜSTÜNLÜKLƏRİ

Bir dəqiqədə 12 600 vibrasiya edən səs texnologiyası. Dəri təmizləmə cihazlarını bir çox kosmetik şirkətlər istehsal edir. Bəs SkinPro cihazının populyarlıq qazanmasının səbəbləri nədir? Gəlin araşdıraq!

Elektrik diş fırçasından istifadə etmisənsə, onunla fırçalamanın adi diş fırçası ilə fırçalamadan nə dərəcədə effektiv olduğunu bilirsən. Səs texnologiyası ilə işəyən dəri təmizləyici cihazlar çox böyük səmərəliliyə malik olurlar. Onlar dərini çirklənmədən və ölmüş hüceyrələrdən azad edir, dərini masaj edir və onun elastikliyini bərpa edir. Bu cihaz dəriyə qulluq vasitəsinin üçünü əvəz edir. Bundan əlavə, o, naqilsizdir, yəni batareya daşı ilə işləyir. Onun üç proqramı var. Onlardan biri 60-saniyəlik dövrə malik avtomatik proqramdır. Cihazın ucluqları yalnız dərinin səthi ilə təmasda olduğundan, onun sifət üçün heç bir təhlükəsi yoxdur.

TƏMİZLƏMƏ

Ənənəvi üsulla təmizləndikdən sonra dəri təmiz görünə bilər, lakin dəridə gözə görünməyən çirklər qala bilər. Bu şəkildə əyani olaraq cihaz təmizləməsinin ənənəvi əl-yuma prosesindən nə dərəcədə effektiv olması göstərilib. Modelin üzünə tərkibində sayrışan hissəciklər olan intensiv flouresent makiyajını çəkdikdən sonra ondan üzünün sağ tərəfini ənənəvi üsulla, yəni əllə, sol tərəfini isə SkinPro Sonic 3-ü 1-də cihazı ilə təmizləməyi xahiş etdik. Makiyaj gicgahlar, alın, yanaqlar, çənə və burundan (gözlərdən və dodaqlardan başqa) silinməli idi. Təmizləmədən sonra sayrışan hissəciklərin aşkar edilməsi üçün sifətin şəklini qara rəngli lampanın altında çəkiblər. Nəticə: SkinPro Sonik vasitəsilə təmizlənmiş üz hissəsi digər üz hissəsindən nəzərə çarpacaq qədər təmizdir.

QABIQLAMA

Dərinin  qabıqlanmasının əhəmiyyəti nədədir? O, dərini olmuş hüceyrələrdən azad edir, dərini dərindən təmizləyir, onu hamarlaşdırır, ona parlaqlıq verir, genişlənmiş üz məsamələrini daraldır. Bu, dəriyə qulluğun çox əhəmiyyətli prosedurudur. SkinPro cihazı bunu daha da effektiv etməyə imkan verir.

HƏTTA MASAJ DA!

Sifətin masaj edilməsi yalnız fayda gətirər. Masaj sifət əzələlərinin gərginliyini aradan qaldırır. O, qan dövriyyəsini yaxşılaşdırır, eləcə də tonusu və elastikliyi artırır. O, həmçinin çox xoş bir prosedurdur. SkinPro cihazının köməyilə masaj etmək çox asandır. Sevdiyin kremi və ya zərdabı üzünə çək və masaj et! Kliniki sübut olunub ki, SkinPro cihazından dörd həftə ərzində daimi istifadə etsəniz, dərinizin tonusu və elastikliyi artar.

Cihazı düzgün istifadə etmək üçün "Yeni SkinPro: üç superxüsusiyyət" məqaləsini oxu.

 

Mətn: Şəkil: Oriflame