Gavalı çalarlarında göz makiyajı

Gözlərin yetişmiş gavalı çalarlarında makiyajı aktual və çox asandır. Bax və təkrarla.

1 
TÜND MƏXMƏR

Göz qapağının büküklərinə tünd gavalı çalarlarını çəkməkdən başla. Gözlərin xarici künclərinə doğru yay. Kirpiklərin aşağı xəttini həmin çalarla vurğula. 

 




2

İŞIQLANDIR


Yuxarı göz qapaqlarını və daxili küncləri daha açıq çalarla işıqlandıraraq açıq göz effekti yarat.

 


3

VURĞULA


Göz kölgələri üçün orta ölçülü fırça ilə yuxarı göz qapaqlarına daha tünd - badımcan və ya qızılı-qəhvəyi çalar çək. baxışlara dərinlik bəxş etmək üçün o gavalı çalarının üzərində olmalıdır. 

 


4

NƏZƏRƏ ÇARPDIR


Maye göz qələmi ilə yuxarı kirpiklərin xəttini və aşağı göz qapağının daxili xəttini vurğula. Maye göz qələmi ilə çəkilmiş kiçik oxlar gözləri zərifliklə vurğulayacaq, bir neçə qat tuş isə bu parlaq bayram üslubunu tamamlayacaq!  

Sən, bu üslubu daha da ifadəli etmək üçün, məsələn, üzüm ilə bənövşəyi kimi daha dolğun çalarlardan istifadə edə bilərsən. 

Videodərsə baxmaq üçün buraya kliklə.

Mətn: Şəkil: Marcus Ögren