1. ƏSAS
İlk öncə BB-krem və ya şəffav baza əsası ilə dəri tonunu bərabərləşdirmək lazımdır. Bizim vəziyyətimizdə dərii təbiiliyini gizlətmək yox, əksinə vurğulamaqdır.
2. TONLAŞDIRMA
Göz fırçasının köməkliyilə bütün göz qapağına neytral rəngli göz kölgəsi çək. Lakin unutma ki, çox ağartmaq olmaz. Sənin məqsədin gözləri yüncülcə vurğulamaqdır.
3. VURĞULAMAQ
Yumuşaq qəhvəyi rəngli kajal göz qələmi ilə göz qabağının kirpiklər istiqamətibndə nazik ox çək. Daha sonra kajal göz qələmi ilə oxun kənarlarını düzəlt. Aşağı kirpiklər istiqamətində də göz qələmindən istifadə et. Lakin unutma ki, sənin əsas məqsədin gözlərdə təbii effekt yaratmaqdır. Sonda kirpiklərinə tuş çək. Bu makiyajda sənə daha çox uzadıcı və kirpikləri ayırıcı tuşdan istifadə etmək lazımdr.
4. ƏNLİK
Orta həcimli fırçanı ənliyə batıraraq yanaqlara çək. Hərəkət üzün qıraqlarından burun istiqamətinə olmalıdır. Ənliyin çaları mümkün qədər üz dərinizin tonuna yaxın olmalıdır.
5. DODAQLAR
Final ştrixi kimi dodaqlarına təbii çalarlı krem dodaq boyası çək.